Azərbaycanın qlobal əhəmiyyəti necə artır? - İlham Əliyev praqmatizmi...

19 yanvar, 2022 11:14

Azərbaycanın təxminən 28 ildir apardığı balanslaşdırılmış və çoxvektorlu siyasət özünün praktiki əhəmiyətini saxlayır, son illər regionda və dünyada baş verən proseslər göstərir ki, bu siyasət öz miqyasını, təsir dairəsini və əhəmiyyətini daha da artırıb.

Mərhum Prezident Heydər Əliyev tərəfindən ən incə detallarına qədər konsepsiya halına salınan bu siyasət Prezident İlham Əliyev tərəfindən özünün qlobal əhəmiyyətini necə artırır?  

Bu gün gərgin Ukrayna-Rusiya münasibətləri, Rusiya-ABŞ (NATO) danışıqları və Qazaxıstan hadisələri fonunda Prezidenti İlham Əliyevin tutduğu mövqe və atdığı addımların trayektoriyası dünyada sülhün və təhlükəsizliyin qorunması istiqamətində Azərbaycanın çox ciddi qlobal subyektə çevrildiyini ifadə edir.

- Yanvarın 14-də İlham Əliyev Ukraynaya səfər etdi. Gərginləşən Ukrayna-Rusiya münasibətləri zamanı İ.Əliyevin bu səfəri diqqət çəkməyə bilməzdi. Səfərin ardınca Əliyevlə Rusiya prezidenti Putin arasında telefon danışığı baş tutdu. Danışıq zamanı iki ölkə arasındakı münasibətlərin perspektivləri ilə bərabər ABŞ-Rusiya əlaqələri, Ukrayna-Rusiya arasındakı proseslər və Qazaxıstandakı hadisələr müzakirə olunub. Deməli, İ.Əliyev Ukrayna səfəri çox ciddi və qlobal əhəmiyyətli hadisədir.

- İ.Əliyev qlobal gücləri vahid platformaya, barışdırıcı müstəviyə dəvət edə bilən ən etibarlı və yeganə siyasi liderdir.

- Türkiyə prezidenti R.T.Ərdoğan Kiyevdə səfərdə olan İ.Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirdi.

- İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər. Görüş baş tutarsa, bu, İsrailin yüksək vəzifəli dövlət rəsmisinin 2013-cü ildən sonra Ankaraya ilk səfəri olacaq. Nəzərə almaq lazımdır ki, İsrail-Türkiyə arasında körpü rolunu oynayan dövlət Azərbaycandır və Qarabağ müaribəsindən sonra İsrail-Türkiyə arasında münasibətlər daha yumşaq və səmimi müstəviyə daxil olub. Bu hal Azərbaycanın dünyada sülh və əmin-amanlığın təmin olunmasındakı əvəzolunmaz rolunun ifadəsidir.

- Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu vəziyyətin təhlili göstərir ki, Azərbaycan dünyada barışdırıcı missiyanın və sülh təşəbbüslərinin nüvəsini təşkil edir.

ABŞ-Rusiya, Rusiya-NATO, Ukrayna-Rusiya münasibətləri və Qazaxıstandakı hadisələr fonunda Azərbaycanın çoxşaxəli, praqmatik və təmkinli siyasəti özünün qlobal əhəmiyyətini daha da artırmaqdadır. Əvvəllər bunu təsəvvür etmək belə olmurdu. Həmişə kiçik dövlətlər arasında münasibətləri böyük dövlətlər tənzimləyirdi. İndi ərazicə kiçik dövlətlər arasında bir istisna var- Azərbaycan!

Azərbaycan böyük dövlətlər arasında münasibətləri tənzimləyən, bu münasibətlərin təzyiqini ölçən tonometrə çevrilib və sülhün, qarşılıqlı inamın, tərəfdaşlığın əsas vasitəsiçi və iştirakçısı rolunda çıxış edə bilir.

Müəllif: Samir Feyruzov

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib