Bayden Rusiya istiqamətinə əlavə qüvvələr göndərir - ABŞ və NATO hərəkətə keçdi

24 yanvar, 2022 15:10

ABŞ prezidenti Cozef Bayden Rusiya sərhədləri istiqamətinə minlərlə hərbçi, aviasiya və donanma yerləşdirmək imkanlarını nəzərdən keçirir. 

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “The New York Times” öz mənbələrinə istinadən yazıb. Xəbərə görə, ötən şənbə günü ABŞ prezidentinin Kemp-Devid şəhərətrafı iqamətgahında Pentaqonun və kəşfiyyatın yüksək rütbəli nümayəndələri ona “Rusiya aqressiyasının daha da yayılmasının qarşısını almaq üçün” bir neçə ssenari təklif ediblər.

Bu ssenarilərdən biri Şərqi Avropa ölkələri ərazisində 1000-5000 arası hərbi qulluqçu yerləşdirilməsini, vəziyyətdən asılı olaraq onların sayının bir neçə dəfə artırılmasını nəzərdə tutur. Plana Baltik ölkələrində Amerika aviasiyasının və donanmasının da yerləşdirilməsi daxildir. Qəzet yazır ki, variantlardan heç birinə Ukraynanın özündə Amerikanın əlavə hərbi kontingentinin yerləşdirilməsi daxil deyil. Ağ ev rəhbərinin bu ssenarilər üzrə yekun qərarını bu həftə verəcəyi gözlənilir.

Bayden hələ yekun qərar verməsə də sosial şəbəkələrdə Polşa ərazisində Amerika zirehli texnikasını daşıyan dəmir yol platformasının Ukrayna sərhədi istiqamətində hərəkətini əks etdirən video yayılıb. O cümlədən Rumıniya ərazisində Amerika tanklarını və zirehli transportyorlarını daşıyan TIR-ların sərhəd istiqamətində hərəkəti qeydə alınıb.

ABŞ-la yanaşı NATO da Şərqi Avropada hərbi iştirakını gücləndirəcəyini və Bolqarıstana, Baltik ölkələrinə əlavə hərbi qüvvələr, döyüş gəmiləri və aviasiya göndərəcəyini bəyan edib. NATO-nun saytında yerləşdirilmiş məlumatda deyilir ki, Danimarka Litvaya 4 F-16  qırıcısı, Baltik dənizinə freqat göndərir. İspaniya isə öz qırıcılarını Bolqarıstana göndərməyi nəzərdən keçirir. Fransa və Niderland da Bolqarıstana hərbi kontingent göndərməyə hazır olduqlarını bildiriblər.

Bütün bunlar əlbəttə ki, Rusiyanın Ukraynaya gözlənilən hərbi intervensiyasını dayandırmaq üçün deyil, daha çox NATO üzvü olan Baltik və Şərqi Avropa ölkələrini qorumaq üçündür. Çünki belə narahatlıqlar var ki, Rusiya Ukrayna ilə kifayətlənməyib daha da uzağa gedə bilər...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR