Keçmiş amerikalı diplomat Ermənistanla Azərbaycan arasında müharibə riski haqda danışır

23 sentyabr, 2020 22:45

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza deyib ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin başlanacağını gözləmir, çünki onun fikrincə, bunu tərəflərin heç biri istəmir. Brayzanın  fikrincə bunu hətta Rusiya da istəmir.

O bildirir ki, münaqişə tərəflərinin hansısa birinin belə bir müharibəni davam etdirmək gücünün olub- olmadığı aydın deyil. Keçmiş amerikalı diplomat hesab edir ki, ATƏT-in Minsk Qrupu daha münaqişənin nizamlanmasına vasitəçilik edə bilmir.

“Azərbaycan-Ermənistan sərhədində baş verənlər artıq ATƏT-in Minsk qrupunun mandatından kənardadır. Minsk Qrupunun mandatı yalnız Azərbaycan ərazisində Dağlıq Qarabağla bağlı baş verənləri əhatə edir. Azərbaycan Ermənistan sərhədi boyunca gərginliyin azalması üçün yeni bir vasitəçiyə ehtiyac var. Bu, Minsk qrupu olmayacaq. Təəssüf ki, bu, ABŞ da olmayacaq. Mənim vaxtilə təmsil etdiyim administrasiya dövründə, bu, baş verə bilərdi. İndi isə bir diplomatik boşluq var və məncə, bu boşluğu Türkiyə və Rusiya doldurur. Ankara Bakını, Moskva isə Yerevanı dəstəkləyir. Ümid edirəm ki, Rusiya və Türkiyə hərəsi öz dostunu inandıra biləcək ki, yenidən danışıqlar masasına əyləşsinlər və gərginlik azalsın”,-amerikalı keçmiş həmsədr deyir.

Metyu Brayza bildirir ki, Rusiya Ermənistanı, Türkiyə Azərbaycanı hərbi mənada dəstəkləsə belə, bu da elə bir növ vasitəçilik, diplomatiyadır. Belə ki, tərəflər bir-birinə göstərmək istəyirlər ki, güc tətbiq olunarsa, bunun hesabı ağır olacaq. Başqa sözlə, Türkiyə Ermənistana anlatmaq istəyir ki, əgər sən güc yolunu seçsən, biz də Azərbaycana kömək edəcəyik və sənin itkin ağır olacaq. Rusiya da bənzər bəyanatlar verir.

Bryza hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdən fərqli olaraq təəccüblü şəkildə sonradan mövqeyini radikal şəkildə dəyişib və indi hətta sələflərinin razılaşdırdığı Madrid prinsiplərindən geri çəkilir. Bu da de-facto Minsk Qrupu çərçivəsində danışıqlarının “ölməsi” deməkdir.

Bryza hesab edir ki, Paşinyan hökumətinin işğal olunmuş ərazilərdə Livandan və Suriyadan qaçqınlar yerləşdirməsi beynəlxalq hüququn pozulmasıdır: “Ermənistanın Livanda, Suriyada təhlükəli durumda olan ermənilərə kömək etmək istəyi, onların qayğısına qalması çox gözəldir. Amma Dağlıq Qarabağ Ermənistan deyil. İşğal olunmuş yeddi rayon Ermənistan deyil. Ermənistanda çoxlu boş ərazi var, gözəl yerlər var. Mən bütün ölkəni gəzmişəm. Livandan və Suriyadan gələnləri orda yerləşdirmək, yeni həyata başlamalarına yardım etmək olar”.

Brayzanın fikrincə Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsi yeni fenomendir və Azərbaycan hakimiyyəti buna görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verə bilər. Onun fikrincə, Azərbaycan bu işi məhkəmədə udsa, baş verənlərin bütün süjet xətti dəyişəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR