"Moskvaya qarşı bu təbliğatın arxasında Paşinyanın adamları dayanır" - Zatulin şərh edir

04 fevral, 2022 10:26

Ötən gün fevralın 3-də ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən Ermənistanda keçirilmiş rəy sorğusunun nəticəsi açıqlanıb. Və bu sorğuya əsasən Ermənistan əhalisinin əhəmiyyətli hissəsi - 15 faizdən çoxu Rusiyanı təhdid hesab edir. Əlbəttə, Ermənistan üçün “əsas təhdidlər” olaraq Türkiyə və Azərbaycan göstərilir ki, bu da erməni ictimai rəyi üçün təəccüblü deyil. Lakin birdən birə 15 faiz rəyi soruşulanın Rusiyanı Ermənistan üçün təhdid hesab etməsi Moskva üçün əsl sürprizdir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə Duma komitəsinin sədr müavini, ənənəvi ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin bu rəy sorğusuna münasibət bildirərkən deyib ki, Ermənistanda daxili siyasi mübarizə çərçivəsində Rusiyaya qarşı iradlar yağışdan sonra göbələk kimi artır.

Zatulinin sözlərinə görə, bütün bu iradların arxasında baş nazir Nikol Paşinyanın elektoratı olan bloqerlər və politoloqlar dayanır.

“Yəni belə ittihamlar irəli sürmək dəbdədir ki, Rusiya Ermənistana “atıb”, onu dəstəkləməyib və “Ermənistana dərs vermək üçün” bütün bu baş verənləri (44 günlük müharibə və ondan sonra baş verənlər, - red.) az qala özü planlaşdırıb. Və ilk dəfədir ki, bu əhval-ruhiyyə Ermənistan əhalisi arasında əks-səda verir. Rusiyaya simpatiya orada bu cür kəskin aşağı düşür”, - Zatulin “Nakanune.ru” portalına  deyir.

Deputat situasiyanı “paradoksal” adlandırır: axı bu gün məhz Rusiya Qarabağ ermənilərinin özlərini qismən də olsa təhlükəsiz şəraitdə hiss etməsini təmin edir. Çünki orada Rusiya sülhməramlı kontingenti var. Ermənistanın özündə isə antirusiya əhvalı güclənir.

“Yəni eyni vaxtda bir neçə daxili münaqişə baş verir: Ermənistan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında münaqişə. Dağlıq Qarabağ erməniləri hesab edir ki, Ermənistan hökuməti və ümumən Ermənistan onları atıb. Ermənistanın özündə isə belə versiya inkişaf edir ki, Rusiya güvəniləsi müttəfiq deyil və bütün bunlar Türkiyə ilə yaxınlaşmaya yönəlmiş nümayişkəranə addımlar fonunda baş verir. Bu isə erməni xalqı üçün ciddi sınaqdır, kimin yaxşı, kimin pis olduğu barədə. Çünki onilliklər boyu Ermənistanda hökm sürən təsəvvürləri mütləq şəkildə sındırır”, - Konstantin Zatulin bildirir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR