Moskvanın əsl məqsədi nədir? - Lavrovun Ermənistandan narazılığının pərdəarxası...

24 sentyabr, 2020 16:04

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hakimiyyəti haqqında buna qədər səsləndirmədiyi sözləri işlədib. 

O Moskvada Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir: “Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Əgər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sonradan təkzib mənasında Lavrovun sözlərinin doğru yayınlanmadığını bildirməyəsəksə, Rusiyanın xarici işlər nazirinin Milli Məclis sədrinə dedikləri ciddi əhəmiyyət kəsb edir.

Birincisi, Lavrov demək istəyir ki, Rusiya hakimiyyəti münaqişənin “mərhələli həll” planını dəstəkləyir, ancaq Ermənistanın baş naziri Nikol Paşinyan buna mane olur.

Sual olunur: Əgər Nikol Paşinyan Moskvanın dəstəklədiyi “mərhələli həll” planını əngəlləyirsə və erməni baş nazir Lavrovun təbirincə desək, “nimzamlamaya mane olursa” nədən Rusiya Ermənistana hərbi yardımı dayandırmır, tam əksinə hərbi yüklərin daşınması davam edir?

Paşinyan Moskvanın “sülh səylərini” əngəlləyirsə, Kreml məntiqlə Paşinyana təzyiq etməli, ən azı onun əli ilə Ermənistan ordusunun gücləndirilməsini müvəqqəti dayandırmalıdır. Digər tərəfdən Rusiyanın əlində Paşinyana təzyiq etmək üçün kifayət qədər iqtisadi və enerji alətləri var. Kreml bu təzyiq alətlərindən istifadə etmir. Yəni Paşinyanı başa salmaq üçün Kremlin əlində alətlərin sayı kifayət qədərdir, ancaq bunların heç birindən istifadə olunmur.

Görünür, Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir. Kreml Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlıqlarını müşahidə edərək, iki dövlətin işğal altındakı torpaqları azad etmək ruhunu bilərək “Paşinyan sözümüzə qulaq asmır” açıqlamasıyla bizi sakitləşdirməyə, müharibə risqini azaltmağa çalışır.

İkincisi, Lavrov 5 rayonun azad olunmasından danışarkən, Şuşa, Kəlbərəcər və Laçının taleyi barədə fikir söyləməyib. Biz 5 rayonun azad olunmasıyla kifayətlənə bilmərik. 

Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya sistemini yalnız o halda bərpa edə bilər ki, 5 rayonla yanaşı Şuşa, Kəlbəcər və Laçının da azad olunmasını təmin edilsin. Ermənistan hakimiyyəti yerli separatçılarla birgə təxribatlarını – köçü, müəssisələrin açılmasını və “parlamentin” köçürülməsini məhz adı çəkilə rayonlarımızda həyata keçirir. Lavrovun bu haqda mövqeyi bəlli deyil.

Üçüncüsü, Lavrov “əraziyə sülhməramlıların yerləşdirilməsi vacibdir” deyərkən şübhəsiz Rusiya hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsini nəzərdə tutur. 

Buna yol vermək olmaz. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına görə, Dağlıq Qarabağda neytral ölkələrin sülhməramlıları yerləşdirilməlidir. Çünki Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə bir daha Azərbaycan çıxmayacaq. 

Elə SSRİ dövründə Qarabağ separatçıları rusların bölgədəki hərbi bazalarından əldə etdiyi silahlar və hərb texnika vasitəsilə torpaqlarımızı işğal etmiş, qətliamlar törətmişdi. Əgər Moskva rusiyalı “sülhməramlılarının” bölgədə yerləşməsində israr edərsə, biz də Türkiyə hərbçilərinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan hissəsində, o cümlədən Şuşada, Kəlbəcərdə və Laçında yerləşməsini təmin etməliyik.

Sergey Lavrovun açıqlaması Nikol Paşinyanın və onun komandasının tənqidinə səbəb olacaq, eyni zamanda erməni baş nazirin əsas rəqibi və Kremlin yaxın dostu Robert Köçəryanın əlini gücləndirəcək. 

Məhz Köçəryan bir neçə gün əvvəl erməni eskeprtlərlə görüşdə demişdi ki, Paşinyanın Rusiya ilə soyuq münasibətləri Ermənistan üçün ciddi problemə çevriləcək. Lavrov son açıqlamasını prezident Vladimir Putnlə razılaşdırıb və bəlkə də onun təlimatıyla danışıb. Putin Lavrov vasitəsilə Paşinyan haqqında düşündüklərini səsləndirməklə Ermənistanda hakimiyyətdə kimi görmək istədiyini ortaya qoyub.

Bütün hallarda Rusiya rəsmilərindən kimsə ilk dəfə açıq şəkildə Paşinyandan narazı olduqlarını və 5 rayonun azad edilməsi vacibliyini dilə gətirib. Bu Azərbaycan - Türkiyə hərbi ittifaqı gücləndirilməsinin və müharibə hazırlıqlarının doğru strategiya olduğunun göstəricisidir. Demək, Ermənistana hərbi təzyiqi artırmaqda fayda var.

“Atlas” Araşdırmalar Mərkəzi

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR