Kəşfiyyat hücumun 9 istiqamətini müəyyənləşdirdi - Tanklar 48 saata paytaxta çatacaq

11 fevral, 2022 09:48

ABŞ kəşfiyyatı və hərbçiləri Rusiya ordusunun Ukraynaya 9 mümkün hücum istiqamətini müəyyənləşdirib. Kəşfiyyatın və Pentaqonun son dəyərləndirmələrinə görə, eyni vaxtda bir neçə istiqamətdən hücum planlaşdırılır, üstəlik Rusiya tankları cəmi 48 saata Kiyevə çata bilər.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, ABŞ kəşfiyyatının və Pentaqonun bu analizini NBCnews yayıb.

Ssenarilərdən birinə görə, Rusiya ordusu Dnepr çayından şərqdəki Ukrayna ərazilərinin böyük hissəsini işğal edəcək. Bu ərazilərdə Ukrayna ordusunun 50 faizə yaxını, o cümlədən ən döyüş qabiliyyətli hissələri yerləşdirilib. Habelə Rusiya tankları və mexanikləşdirilmiş hissələri sərhədi keçərək Poltava və Xarkov istiqamətində irəliləyəcək, şəhərləri mühasirəyə alacaq. Quru qoşunları isə Donbassdan üç istiqamətdə irəliləyəcək, şərqə və cənuba istiqamətlənəcək, o cümlədən Krıma doğru irəliləyib Azov dənizi boyu sahil xəttini tutacaq. Eyni zamanda Rusiya döyüş vertolyotları Krımdan hava desantının daşınmasına dəstək verəcək.

Bu varianta Qara dənizin sahilini tutmaq üçün dəniz desantının çıxarılması da daxildir. Habelə Rusiya ordusu Odessadan hava və quru qoşun hissələrini Qara dənizdən quru dəhlizi açmaq üçün Moldovaya, Dnestryanı bölgəyə “atmağı” planlaşdırır. Bildirilir ki, Rusiya artıq Ukrayna sahillərində sualtı qayıqlar və göyərtəsində dəniz piyadalarının olduğu beş desant gəmisi yerləşdirib.

Daha aqressiv variantda isə bütün bu variantlara əlavə olaraq Kiyevi mühasirəyə almaq üçün şimaldan hücum, o cümlədən şiddətli artilleriya zərbələri, radioelektron mübarizə sistemlərinin tətbiqi və quru qoşunlarının Belarusdan Jitomir və Kiyev istiqamətində irəliləməsi daxildir. Ssenari Rusiyadan daha bir hücum istiqamətini nəzərdə tutur ki, bu istiqamət üzrə qoşunlar Çernobıl ətrafından keçərək Kiyevə doğru irəliləməlidir.

Hesablamalara əsasən Rusiya tankları və digər hərbi texnikası Kiyevin hüdudlarına döyüş əməliyyatlarının ilk iki günü ərzində çata bilər. Rusiya ordusu artıq Belarusda iki S-400 “Triumf” zenit-raket kompleksləri diviziyonu yerləşdirib, bu sistemlər imkan verəcək ki, Ukrayna ərazisinin böyük hissəsi üzərində hava üstünlüyü təmin olunsun.

Hər iki hücum ssenarisi kütləvi artilleriya zərbələri, orta mənzilli ballistik raketlərin və bombardmançıların zərbələri ilə başlamalıdır. Artilleriya hazırlığı və hava zərbələri gecə saatlarında başlayacaq, ilk hədəflər silah anbarları, aerodromlar, Hava Hücumundan Müdafiə sistemləri, habelə digər mühüm obyektlər olacaq. ABŞ kəşfiyyatçılarının qiymətləndirməsinə görə, Rusiya Ukraynanı müdafiə olunmaq imkanlarından məhrum etmək istəyir. Ukrayna ordusunun ölkənin müxtəlif hissələrində dislokasiya olunmuş hissələri arasında rabitəni pozmaq üçün kiberhücumlar, habelə radioelektron mübarizə sistemləri ilə hücumlar da planlaşdırılır. Habelə Rusiya ordusu Ukrayna qoşunlarının hissələri arasında əlaqəni fiziki olaraq da kəsməyi nəzərdə tutur, bunun üçün körpülər dağıdılacaq, mühəndis-istehkam qoşunları çaylar üzərindən keçidləri ələ keçirəcək.

“InformNapalm” Telegram-kanalı isə belə məlumat əldə edib ki, Rusiya Ukraynaya hücum bəhanəsi kimi bir sıra iri infrastruktur obyektlərində, o cümlədən Krım körpüsündə partlayışlar törətməyə, daha sonra bu partlayışlara görə Kiyevi ittiham etməyə hazırlaşır. Bu haqda Krımdakı mənbələr bildiriblər.

Məlumata görə, Rusiya diversantları Kerç körfəzinin hazırda təlimlər adı altında nəqliyyat keçidi üçün bağlanmış hissəsində sualtı-texniki işlər aparırlar. Bu işlər olduqca məxfi şəraitdə aparılır, radioəlaqə vasitələrindən istifadə qadağandır.

Bundan əlavə qeyd olunur ki, fevralın əvvəllərində Sevastopolun mərkəzindəki 561-ci qəza-xilasetmə mərkəzində naməlum konstruksiyalı pilotsuz üzən vasitənin sınaqları keçirilib. Bu mərkəz həm dalğıc-xilasedicilərin, həm Rusiya xüsusi təyinatlı qüvvələri üçün hərbçilərin hazırlanması ilə məşğuldur. Söhbət gəmiləri və sahilboyu infrastruktur obyektlərini məhv etmək üçün hazırlıq keçən döyüşçülərdən gedir. Ekspertlər diqqəti buna yönəldirlər ki, həmin diversiya əməliyyatları üçün hazırlıq işləri Rusiya informasiya məkanında “Ukraynadan qaynaqlanan terror təhdidləri” barədə son günlər qızışan kampaniya fonunda həyata keçirilir.

Rusiyanın Ukraynaya qarşı bütün bu hazırlıqları fonunda Qərb ölkələrinin liderləri və diplomatları bir-birinin ardınca Moskvaya səfər edərək Kremli hücum niyyətindən daşındırmağa çalışırlar. Ötən gün fevralın 10-da Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Moskvada olub, lakin Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqları “lal və karın söhbətinə” bənzədib, hər hansı anlaşma əldə olunmadığını açıqlayıb.

“Kommersant” qəzetinin yazdığına görə danışıqların qapalı hissəsində Liz Trass Lavrova Rusiyanın qoşunlarını Ukrayna sərhədlərindən çəkməsini tələb edib. Lavrov isə cavabında bildirib ki, Rusiya qoşunları  ölkənin öz ərazisində yerdəyişmə edir və buna haqqı var. Trass yenə qoşunların geri çəkilməsinin vacibliyini bildirib, Lavrov da dediklərini eynilə təkrar edib. Qarşılıqlı atmacalardan sonra Rusiya xarici işlər naziri görünür ironiya ilə soruşub: London qoşunların cəmləşdirildiyi Rostov və Voronej vilayətləri üzərində Rusiyanın suverenliyini tanıyırmı?

“Böyük Britaniya Rusiyanın bu regionlar üzərində suverenliyini heç vaxt tanımayacaq”,-qəzetin yazdığına görə Liz Trass qısa pauzadan belə cavab verib. Bu vaxt söhbətə Böyük Britaniyanın Moskvadakı səfiri Debore Bonnert müdaxilə edib və nazirə izah edib ki, söhbət həqiqətən Rusiya ərazilərindən gedir. 

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib