“Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir...

25 sentyabr, 2020 17:54

Bu günlərdə Suriyanın şimalından Türkiyənin dəstəklədiyi “Həmzə” briqadasının minə yaxın döyüşçüsünün Azərbaycana yola salınmaq üçün “hazır vəziyyətdə olduğu” barədə dezinformasiyanı sosial şəbəkələrdə dövriyyəyə buraxan amerikalı araşdırmaçı juralist Lindsi Snelldir (Lindsey Snell).

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan rəsmi strukturlarının artıq qəti təkzib etdiyi və arxasında Ermənistanın dayandığı heç bir şübhə doğurmayan bu dezinformasiyanı Tvitter-də yayan Lindsi Snell ABŞ-ın Florida ştatındandır, sosial media profilində göstərdiyi kimi Floridada Fordham Universitetini bitirib. Özünü müstəqil videojurnalist kimi tanıdıb və İstanbulda yaşayırdı.

Lindsi Snell müsəlmanlığı qəbul edib, çünki əri müsəlmandır. O, Suriyada və digər münaqişə zonalarında videoreportajlar hazırlayaraq bir sıra Amerika və ərəb KİV-lərində yayıb.

2016-cı ildə Lindsi Snell Suriyanın şimalında “Cəbhət ən-Nusra” qruplaşmasının (“Əl-Qaidə”nin Suriya filialı) yaraqlıları tərəfindən oğurlanıb. Özünün bildirdiyi kimi, iki ay zirzəmidə saxlanılıb. Daha sonra sərhədi qeyri-qanuni keçərək Türkiyəyə daxil olduğu üçün bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən Hatay vilayətində saxlanılıb. İki ay sonra azadlığa buraxılıb.

Lindsi Snell Türkiyə əleydarı və bu ölkə hakimiyyəti əleyhinə reportajları ilə tanınır. O, Türkiyənin “Əl-Qaidə”yə bağlı yaraqlıları Liviyaya göndərməsindən də bəhs edib. Xüsusi xidmət orqanlarının təsiri altında olduğu ehtimal edilən bu jurnalist sonuncu dəfə sentyabrın 21-də “Həmzə” briqadasının hansısa döyüşçüsünün “qardaşından” aldığı informasiyanı tirajlayıb və bu qruplaşmanın döyüşçülərinin Azərbaycana göndərilmək üçün avtobuslarla Türkiyəyə keçdiyini yazıb. Onun dezinformasiyanı dərhal Gevorg Almasyan adlı erməni tirajlayıb və Türkiyənin “Ermənistana qarşı döyüşmək üçün Azərbaycana suriyalı muzdluları göndərməyə hazırlaşdığını” yazıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR