"Putin geosiyasi qələbə qazandı" - The Telegraph" nəşri...
17 fevral, 2022 00:11
"Rusiya Prezidenti Vladimir Putin ABŞ və Avropa üzərində geosiyasi qələbə qazanıb”.
Bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb. Müşahidəçilərin fikrincə, Rusiya dövlət başçısı Qərb dünyasının zəif tərəflərini üzə çıxarıb. Müəlliflər yazır ki, Brüssel xarici siyasət arenasında mühüm rol oynamaq istəyirdi, lakin ona iddialarının əsassız olduğu gödtərildi.
Avropa dövlət xadimləri Moskvaya qarşı vahid cəbhə yaratmaqdan imtina etdilər, ABŞ isə döyüşkən ritorika ilə məhdudlaşdı.
“Kiyev müttəfiqlərinin onun üçün nə qədər az şey etməyə hazır olduğunu gördü. Rusiya qalib gəldi. Ukrayna çox güman ki, NATO-ya qəbul edilməyəcək və “Şimal axını 2” Avropaya qaz nəqlinə hazırdır”, - deyə nəşr qeyd edir.