"Azərbaycan müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur" - Vaşinqton

17 fevral, 2022 18:16

“Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhün bərqərarına və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır”, - ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirib.

“Birləşmiş Ştatların bu çoxmillətli dövlət-özəl sektor arasındakı tərəfdaşlığa davamlı dəstəyi Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq, onun karbondan asılılığının azaldılması səylərini dəstəkləmək və Avropaya qaz tədarükünü şaxələndirmək məqsədimizin bir hissəsi idi”, - səfir deyib.

Təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinə gəlincə, səfirin sözlərinə görə, Azərbaycan terrorizmlə mübarizədə ön sıralardadır və NATO-nun Əfqanıstandakı missiyasına öz töhfəsini verib: “Biz təhlükəli materialların və narkotiklərin qarşısını almaq və Xəzərdəki enerji ehtiyatlarını qorumaq üçün Azərbaycanla sıx əməkdaşlıq edirik”.

“Xalqlarımız arasındakı əlaqələr bizi birləşdirir – ABŞ-da təhsil alan tələbələr, mübadilə proqramları, ortaq mədəniyyətin qorunması proqramları üzrə işlər, jurnalistlərə dəstək – biz hər gün Azərbaycan xalqı ilə birgə çalışırıq”, - Litzenberqer deyib.

Dövlət katibinin köməkçisinin müavini Erika Olson ikitərəfli münasibətlərin 30 illiyilə bağlı deyib: “Biz gələcəyə baxarkən iki ölkə arasında ticarət, təhsil və mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz kimi, Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq qalırıq. Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik. Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün əsaslarını yaratmaq üçün çalışacağıq”.

“Diplomatik münasibətlərimizdə bu əlamətdar ildönümünü qeyd edərkən biz təkcə geriyə deyil, həm də irəliyə baxırıq. Biz 30 ildir tərəfdaşıq və mən əminəm ki, tərəfdaşlığımız bizi gələcək onilliklərə aparacaq. Biz hamı üçün demokratik, firavan və dinc gələcək naminə Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik”, - Olson deyib.

Amerika səfirliyi xatırladır ki, Birləşmiş Ştatlar Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə müstəqillik dövründə qurub. 1992-ci il fevralın 12-də dövlət katibi Beyker Azərbaycanda səfərdə olub. 1992-ci il fevralın 19-da prezident Corc Buş mətbuata açıqlamasında bu qərarı elan edib. 1992-ci il martın 16-da ABŞ-ın Bakıdakı səfirliyi açılıb, Robert Finn müvəqqəti işlər vəkili təyin edilib.

Hər iki dövlət Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi də daxil olmaqla, uzunmüddətli və davamlı siyasi həllinin həyata keçirilməsi səylərini qətiyyətlə dəstəkləyir və regional sabitlik, sülh və rifahı təşviq edir.

“Azərbaycanın ABŞ ilə diplomatik münasibətlərinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur”, - ABŞ diplomatik missiyasının bəyanatında deyilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR