Ukraynaya təcavüz dünya iqtisadiyyatına necə təsir edəcək? "The Financial Times" nəşri

25 fevral, 2022 22:24

"Rusiyanın Ukraynaya hücumu, bu münaqişənin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəyə çevrilmə ehtimalı dünya iqtisadiyyatının koronavirus pandemiyasından sonra qısa müddətə olsa belə güclənəcəyinə ümidləri sarsıdıb".

Bu haqda “The Financial Times” qəzeti yazıb. Fevralın 24-də Rusiyanın hücumu maliyyə bazarlarını silkələyib. Qəzet yazır ki, geosiyasi gərginliyin artması yüksək inflyasiyanı və təchizat zəncirində pozuntuları daha da şişirdəcək.

İqtisadçıların fikrincə, münaqişənin biznesə və istehlakçı inamına, xammal bazarına təsirinin dolayısı fəsadları Rusiyayla ticarətin azalmasını, ABŞ və Aİ-nin Moskva üzərinə sanksiyalarının birbaşa təsirini üstələyəcək. Məsələn, enerjinin qiymətləri artmaqda davam edərsə, üç ilə qlobal iqtisadiyyatda ikinci resessiya yaranar.

İqtisadçılar buna görə də izlənəsi vacib məsələlərə diqqət çəkirlər. Birincisi, müharibənin ağırlaşmasından asılıdır. Çünki Rusiya Prezidenti Vladimir Putinin niyyəti bəlli deyil. Təhlilçilər deyirlər ki, o, Kiyevdə hökuməti dəyişmək istəyə, yaxud Avropada beynəlxalq sərhədləri yenidən çəkməyə cəhd eləyə bilər.

“BlueBay Asset Management”in iqtisadçısı Tim Əş Çinin mövqeyinin vacibliyini qeyd edir. Pekin Rusiyaya hərbi münaqişənin maliyyə tərəflərini yoluna qoymaqda kömək vəd edib.

“Çin durumdan yararlanaraq Tayvana da hücum edə, yaxud ABŞ-la münasibətləri düzəltməyi seçə bilər”, – Tim Əş vurğulayıb.

Digər vacib məsələlər bazarların geosiyasi şoka nə dərəcədə duruş gətirəcəyi, inamın nə dərəcədə sarsılacağıdır. Məqalədə deyilir ki, ev təsərrüfatlarının və bizneslərin nə dərəcədə ehtiyatlı davranacağı, az xərcləyəcəyi, daha çox qənaət edəcəyi qlobal iqtisadiyyatda vacib rol oynayacaq.

“Pantheon Macroeconomics”in baş iqtisadçısı artımın azalmasının qaçılmaz olduğunu deyir. “İstehlakçı əhvalı hər yerdə zəifləyəcək... Bu, Avropada, ABŞ və yeni yaranan bazarlarda iqtisadi artımın yavaşıması deməkdir”, – o vurğulayıb.

“Hargreaves Lansdown”dən investisiya və bazarlar üzrə aparıcı təhlilçi Suzanna Striter deyir ki, böhranın nə qədər davam edəcəyindən asılı olaraq bizneslər və istehlakçılar arasında etimada ciddi ziyan dəyəcək.

“The New York Times” qəzetində Pol Kruqman Qərbin Putinə sanksiyalarının effektindən yazıb. Onun fikrincə, Qərb iradə göstərsə, öz korrupsiyası ilə mübarizə aparsa, sanksiyalar effektli ola bilər. Müəllif Rusiyanın bu hücuma görə sonucda ağır bədəl ödəyəcəyini düşünür. Daha kəmər sövdələşmələri, birbaşa xarici investisiya olmayacaq.

İndiliksə... avropalılar Rusiya təbii qazından xeyli asılıdırlar. Bu isə o deməkdir ki, Rusiyanın ixracını tam kəssələr, özlərində qiymətlər qalxar, qıtlıq yaranar.

“Hətta Ukraynanın işğalı belə avropalıları bu cür qurban verməyə inandıra bilməyəcək. Axı, İtaliya Rusiya elitasının sevə-sevə aldığı dəbdəbəli malların sanksiya paketinə salınmasını istəmir...”, – məqalədə deyilir. Məqalədə deyilir ki, dünyanın qabaqcıl demokratiyalarının Rusiyaya qarşı başqa bir güclü maliyyə silahı da var. Onlar Putini əhatələyən oliqarxların xaricdəki sərvətinin ovuna çıxa bilərlər.

Hesablamalara görə, 2015-ci ildə varlı rusiyalıların xaricdə gizlətdiyi sərvət Rusiyada ÜDM-nin 85 faizinə bərabər olub.

“Təsəvvür edin ki, ABŞ prezidentinin yaxın dostları xarici hesablarda 20 trilyon dollar gizlətsinlər”, – yazan müəllif Putin rejiminə nəhəng maliyyə təzyiqi üçün əldə vasitə olduğunu qeyd edir. Məsələ bunu gerçəkləşdirməyə iradənin olub-olmamasındadır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR