Rusiya-Ukrayna müharibəsinin qlobal hədəfləri: yeni texnikaların tətbiqi - İLGİNC ŞƏRH

01 mart, 2022 23:41

Rusiya-Ukrayna müharibəsi iki konteksdə diqqət çəkir: 

1. Rusiyanın Ukraynaya hücumu (hərbi) 

2. Qərbin Rusiyaya hücumu (iqtisadi)

- Rusiya Ukrayna üzərindən Qərbin planlarını bloklamağa çalışır, cəbhə yaradır, Qərblə Şərqi birləşdirən nöqtələrdə dağıdıcılığı, anarxiyanı təmin edir. Sivil nöqtələri qənaətbəxş hesab etmir. 

- Qərb Ukrayna üzərindən Rusiyanın Şərqdəki hegemon müqavimətini və Avropadakı dayaq nöqtələrini qırmağa çalışır. 

Hər iki plan Ukrayna üzərindən həyata keçirildiyinə görə, nəticədə Ukrayna poliqona çevrilir.

Ukrayna əhalisi kütləvi şəkildə ölkəni tərk etdiyinə görə, oraya terrorçu qruplaşmaların rahat şəkildə fəaliyyəti də təmin edilir.

Ukrayna əhalisinə qucaq açan ölkələr Ukraynanın poliqona çevrilməsini legitimləşdirirlər. 

Yuxarıdakı 1-ci və 2-ci faktorlar göstərir ki, bu müharibəni Rusiya-Ukrayna müharibəsi kimi dəyərləndirmək doğru olmazdı. Düzdür, deyilə bilər ki, Rusiya hücum etməsəydi, Qərb də sanksiyalar tətbiq etməzdi. Amma nəzərə almaq lazımdır ki, Rusiyaya sanksiyaların tətbiqi Qərb üçün alternativsiz yol idi və bu sanksiyaların tətbiqi üçün Rusiyanı növbəti dəfə işğalçı siyasətə itələmək lazım idi.

Düşündürücüdür, heç bir Qərb dövləti Rusiya ilə birbaşa danışığa gedərək ölkədə günahsız insanların ölümünü əngəlləməyə, yüz minlərlə insanın ölkədən köç etməsinin qarşısını almağa çalışmır.  

Şübhəsiz, bütün planların altyapısı mövcuddur. Putin Rusiyaya tətbiq ediləcək sanksiyaların miqyasını və təsir dairəsini əvvəldən hesablamışdı? Şəksiz! Digər tərəfdən, köhnə və primitiv rus texnikaları ilə Ukraynaya hücum edib itkilər vermək, özünü məğlub kimi göstərmək nədən xəbər verir? Çox incə, strateji hərbi həmlələr tətbiq olunur. Rusiya böyük itkilər verir, amma Ukraynanın strateji nöqtələrini də sıradan çıxarır. Ölkənin bərpası mümkünsüzlüyə çevrilir.

Sanksiyalar soyuq müharibənin vacib qoludur. Soyuq müharibənin yeni mərhələsinə qədəm qoyacağıq - silahlanma! Bu müharibələr zamanı XX əsrin hərbi sənayesi də tarixə gömülür. 

Köhnə texnikaların uduşlu şəkildə məhvi və yeni texnikaların sınaq tətbiqi müharibənin qlobal hədəflərinə hesablanıb.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR