Hikmət Hacıyevdən cəbhədəki son vəziyyətlə bağlı açıqlama

28 sentyabr, 2020 12:36

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirir. 

Azsiyasət.com xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edir.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfi bu dəfə də öz acizliklərini göstərərək mülki əhalinin yaşadığı əraziyə ağır artilleriyadan atəş açırlar:

"Naftalanda bir ailənin 5 üzvü şəhid olub, onların arasında azyaşlılar da var. Bu, Ermənistanın xislətini üzə çıxarır. Tərtər rayonunda Xalça toxuculuq fabrikinə zərər dəyib, polis şöbəsi atəşə tutulub. Bununla bağlı diplomatik korpuslar da geniş məlumatlandırılıb.

Son günlər Ermənistan tərəfi cılız, reallıqdan uzaq saxta məlumatlar hazırlanıb sosial şəbəkələrə buraxılır. Belə saxta məlumatlara heç Ermənistan xalqı da inanmaz. Azərbaycan Silahlı Qüvvələri beynəlxaq humanitar prinsiplərə uyğun davranırlar. Bizim məqsədimiz işğal altında olan torpaqları azad etməkdir".

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatları davam etdirilir: "Talış kəndi ətrafında bir neçə əlverişli yüksəklik azad olunub. Ermənistan tərəfi döyüş itkilərini azaldır. Kəşfiyyat məlumatına əsasən, Ermənistan tərəfinin 24 tank, 15 ASA zenit raket sistemi məhv edilib, 550-dək canlı qüvvəsi ya ölüb, ya da ağır yaralanıb. Həlak olanlar arasında Suriyadan gətirilmiş erməni əsilli muzdlular da aşkarlanıb. Ermənistan tərəfi bunu gizlətməyə çalışır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR