"ABŞ Rusiyanı GPS-dən ayırmağı düşünür" - Roqozin
20 mart, 2022 01:46
“Roskosmos”un baş direktoru Dmitri Roqozin deyib ki, Birləşmiş Ştatlar sanksiyalar çərçivəsində Rusiyanı GPS naviqasiya sistemlərindən ayırmaq imkanını nəzərdən keçirir.
“Bilirsinizmi ki, bu gün ABŞ sanksiyalar çərçivəsində Rusiya Federasiyasının GPS-dən ayrılması imkanını nəzərdən keçirir? Bu barədə məlumatınız varmı? Bilmirsiniz. Amma sizə deyə bilərəm ki, belə bir məsələ nəzərdən keçirilir”, - deyə Roqozin “Proqress” Raket-Kosmik Mərkəzinə səfəri zamanı deyib.