"Sabitliyi pozmaq riski daşıyır..." - "The Daily Telegraph" nəşri

21 mart, 2022 13:21

Fransa prezidentinin irəli sürdüyü NATO-ya alternativin yaradılması qitədəki sabitliyi poza bilər.

Bu fikri “The Daily Telegraph” qəzetinə müsahibəsində Polşa baş nazirinin müavini Pyotr Qlinski bildirib. “Emmanuel Makronun Avropa ordusu yaratmaq təklifi qitənin sabitliyini pozmaq riskini daşıyır” deyən Polşa baş nazirinin müavini Avropa İttifaqının genişmiqyaslı münaqişədə iştirak etməyə hazırlığını da şübhə altına alıb.

Polşalı siyasətçinin şərhləri Fransa prezidentinin Aİ-də öz silahlı qüvvələrini təşkil etmək üçün yeni cəhdlərinə cavab olaraq verilib. Nəşr izah edir ki, Makron Avropanın ABŞ və NATO-dan asılı olmayaraq hərəkət edə bilməsini istəyir və Ukrayna böhranının qitədə “dövrü dəyişdiyini” təkid edir.

Eyni zamanda, Fransa lideri Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının alyansın strateji rolunu aydınlaşdırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.

“The Daily Telegraph” qeyd edir ki, Makron 2019-cu ildə verdiyi şərhində hərbi blokun "beyninin ölümü" ilə bağlı dediyi sözlərdən imtina etmədiyini vurğulayıb, indiki böhranın isə NATO üçün "elektrik şoku" ola biləcəyini ehtimal edib.

Bununla belə, Qlinski mövcud status-kvoya tam dəstək nümayiş etdirir. “Uzun illər keçib, amma o, yaranmayıb, ona görə də mən Avropa ordusuna inanmıram. Bu yaxşı fikir deyil”, - deyə o bildirib.

“Mən NATO-ya üstünlük verirəm. Fikrimcə, ABŞ və Böyük Britaniyanın rolu daha vacibdir, ona görə də Avropa ordusundan danışmaq vəziyyəti sabitləşdirməyəcək”, - deyə baş nazirin müavini əlavə edib.

O, breksitin Böyük Britaniyanın Ukrayna böhranına vaxtında reaksiya verməsinə mane olması ilə bağlı təklifləri rədd edib. Əksinə, onun fikrincə, ölkənin Aİ-dən çıxması London, Varşava və Kiyev arasında “koalisiya”nın yaradılmasına şərait yaradıb.

Polşa bu günə kimi 2 milyondan çox ukraynalı qaçqın qəbul edib və onun Qlinskinin “mütəşəkkil möcüzə” adlandırdığı humanitar yardımı bütün dünyada rəğbət doğurub. Bununla belə,ölkə hələ də Varşavanı demokratik hüquqları pozmaqda ittiham edən Brüsselin sanksiyaları altındadır, - deyə məqalədə vurğulanır.

“Aİ real maddi dəstək vermir. Danışıqlar gedir. Vədlər verilir. Amma biz pulumuzu xərcləyirik. Biz insanlarımızı təşkil edirik və bu vəziyyətdə əlimizdən gələni etməyə çalışırıq. Digər tərəfdən isə Polşaya qarşı siyasi motiv daşıyan sanksiyalar öz fəaliyyətini davam etdirir”, - deyə baş nazirin müavini şikayət edib.

Eyni zamanda, Qlinski münaqişənin potensial genişlənməsi halında Aİ-nin döyüşmək istəməyəcəyindən ehtiyat etdiyini bildirib. “Ukraynada gördüyümüz kimi döyüş hazırlığı ən vacib amildir.

Çünki silahınız, texnologiyanız olsa belə, dəyərlərinizi, ailənizi, xalqınızı qorumaq üçün canınızı qurban verməsəniz çox zəif görünərsiniz. Və mən müasir Avropanın belə bir qarşıdurmaya hazır olduğuna əmin deyiləm", - deyə o bildirib.

Bundan əlavə, baş nazirin müavini Aİ-nin Moskva ilə qarşılıqlı fəaliyyətini kəskin tənqid edib. “Avropa İttifaqı, xüsusən də Almaniya və Rusiya arasında münasibətlər illərdir fəlakətli olub. Biz isə Avropa İttifaqının bir hissəsi olaraq bu münasibətlərin və bu asılılığın bədəlini ödəmişik”, - deyə Qlinski əminliyini ifadə edib.

Tərcümə etdi: Miraslan

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR