Ruslar banklaedan rekord məbləğdə pul çıxarıb
22 mart, 2022 17:21
2022-ci ilin fevralında rusiyalıların ölkə banklarındakı vəsaitlərinin həcmi 3,5% və ya 1,2 trilyon rubl azalıb.
Bu barədə Rusiya Mərkəzi Bankının 2022-ci ilin fevral ayı üçün ölkənin bank sektorunun inkişafı üzrə icmalında deyilir.
Qeyd olunub ki, Rusiyanın ən iri banklarına qarşı sanksiyalar əhalinin rubla və nağd xarici valyutaya tələbinin artmasına təkan verib.