Rusiya 40 min ukraynalını zorla ölkədən çıxarıb
27 mart, 2022 14:28
“Rusiya 40 min ukraynalını zorla ölkədən çıxarıb”.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib.
“Rusiya qoşunları mülki insanları zorla işğal olunmuş ərazilərin dərinliklərinə və ya Rusiyanın özünə aparır. Söhbət on minlərlə ukraynalının bu şəkildə zorla köçürülməsindən gedir”.
Həmçinin Vereşçukun sözlərinə görə, Kiyev bölgəsindən aparılan insanlar Belarusa göndərilə bilər (virtualaz.org).