"Ukraynada hərbi münaqişə davam edəcək" - NATO rəsmisi
03 aprel, 2022 19:00
"Ukraynada hərbi münaqişə hələ bitməyib".
Bunu alyansın baş katibinin müavini Mirça Coana Rumıniyanın Milli Müdafiə Nazirliyində ölkənin alyansa daxil olmasının 18-ci ildönümü - NATO Günü münasibətilə keçirilən mərasimdə deyib.
“Biz şərq cinahda və cənubda müharibənin intensivləşməsini gözləyirik ki, bu da bizə sülh yolu ilə nizamlanma üçün şəraiti hələ görməyə imkan vermir. Bizim qiymətləndirməmizə görə, münaqişə hələ də davam edir", - Mirça Coana qeyd edib.
Alyans rəsmisinin sözlərinə görə, Madriddə keçiriləcək sammitdə NATO-nun şərq cinahında daimi, güclü və balanslı mövcudluğu üçün strateji əhəmiyyət kəsb edən qərarlar qəbul edəcək.