"Rusiyanı qarşıda hərbi məğlubiyyət və beynəlxalq məhkəmə gözləyir..."

07 aprel, 2022 01:06

"Mən tamamilə anladım ki, qələbə bizim olacaq və sakitləşdim. Ukraynalıları məğlub etmək mümkün deyil, onlar artıq bu müharibənin qalibləridir".

"Ukrayna ordusu bu gün o qədər güclüdür ki, onun hətta hər hansı blokda olması belə vacib deyil".

Bunu "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı jurnalist, fotoqraf Sergey Loyko bəyan edib.

"Mənə bir tağımın tərkibində İrpen şəhərinə getməyi təklif etdilər, meydan boyunca qanacaqdoldurma məntəqəsinə tərəf getdik. Və orada beton plitə vardı, biz yaxınlaşanda minaatanlardan atəşə başladılar. Biz yerə uzandıq, kürəyimizi həmin plitəyə söykədik. Mina çatanadək yerə uzanmaq üçün bizim bir neçə saniyəmiz vardı. 40 dəqiqə ərzində minalar ətrafımızda dolaşırdı. Əsgərlər bezdilər və onlardan biri Ukrayna mahnısını oxumağa başladı. Mənim bəxtim gətirmişdi, video çəkməyə başladım. O, mahnı oxuyur, mina gəlir, biz yerə uzanırıq. Mina partlayır, biz ayağa qalxırıq, o isə oxumağa davam edir. Mənim üçün bu, bir rəmzdir, Ukrayna xalqına qalib gəlmək mümkün deyil: gənc oğlan atəş altında mahnı oxuyur, mina düşəndə belə oxumağa davam edir. Mən tamamilə əmin oldum ki, qələbə bizim olacaq. Və sakitləşdim. Ukraynalıları məğlub etmək mümkün deyil. Onlar bu müharibəni artıq udublar", - Loyko danışıb.

Jurnalist hesab edir ki, qarşıda Rusiyanı hərbi məğlubiyyət və beynəlxalq məhkəmə gözləyir.

"Ukrayna ordusu hazırda o qədər güclüdür ki, onun hətta hər hansı blokda olması belə vacib deyil. Silahlar isə onsuz da daima veriləcək. İstənilən halda Rusiya artıq müharibəni uduzub, çünki Putin onu dağıdıb. Lakin onu hələ hərbi məğlubiyyət gözləyir. Bunun necə baş verəcəyini mən bilmirəm. Ümid edirəm ki, hər şey Haaqada bitəcək", - jurnalist vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR