İsveçrə Azərbaycandan qaz tədarükünə Rusiyanın alternativi kimi baxır

09 aprel, 2022 11:54

İsveçrə, Rusiyadan qaz təchizatında problem yaranarsa, cənubdan- Şimali Afrikadan İtaliyaya keçməklə “mavi yanacaq” almağa davam edə biləcək, həmçinin Azərbaycandan tədarük edəcək.

Bu barədə maliyyə agentliyi “AWP”yə İsveçrə Qaz Sənayesi Assosiasiyasından (VSG) Tomas Heqqlin məlumat verib.

“Rusiya qazının Avropaya nəqlində fasilələr yaranarsa, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Bununla belə, bütün istiqamətlərdə əlaqələrinə görə digər ölkələrlə müqayisədə üstünlüyə malikdir. Bildiyiniz kimi, Rusiyanın qaz tədarükünü dayandıra biləcəyi və ya Qərbin sanksiya tədbiri olaraq Rusiyadan qaz idxalını dayandırmağa qərar verə biləcəyi ssenarilərimiz var. Biz buna hazır olmalıyıq”, - Tomas Heqqlin bildirib.

Onun sözlərinə görə, Rusiya qaz təchizatında çatışmazlıq, ən azından qısamüddətdə və həmçinin istehlakı azaltmadan Avropa daxilində tam kompensasiya etmək mümkün deyil:

“İsveçrədə çatışmazlıq olsaydı, Konfederasiya iki yanacaqlı istehlakçılar üçün (təbii qazı əvəzləyə bildiyi) mazuta keçid də daxil olmaqla tədbirlər görər, qənaətə çağırışları edər və böyük istehlakçılar üçün tələblər məhdudlaşdırılardı. Ancaq İsveçrəyə qaz tədarükünün təhlükəsizliyi boyük əksəriyyəti ilə təmin olunur. Qiymətlər müstəsna yüksək səviyyədə olsa da, sənaye üçün kifayət qədər qaz olmalıdır”.

“Gələcək qışda qaz təchizatını təminat altına almaq böyük problemə çevrilə bilər. Bu səbəblə, Federal Şura artıq martın əvvəlində tədbirlər haqqında qərar verib. Beləliklə, qaz şirkətlərinin birgə qaz, anbar tutumu və mayeləşdirilmiş təbii qaz (LNG) birgə alınımına davam edə biləcəkləri gözlənilir” - VSG sözçüsü bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcəyi gözlənilir. 2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR