Rusiya mənbələri Xankəndi yaxınlığında S-300 komplekslərinin sıradan çıxarıldığını təsdiqləyir

01 oktyabr, 2020 11:33

Ermənistan ordusunun S-300 hava hücumundan müdafiə sistemlərinin Xankəndindən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun atəşi və zərbələri altına düşüb. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatı Rusiya mənbələri də təsdiqləyir.

Avia.pro qeyd edir ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi kamikadze-dronun S-300 kompleksinin buraxılış qurğusuna zərbə endirdiyinə dair videokadrları paylaşıb. Lakin daha sonra məlum olub ki, Azərbaycan daha bir S-300 kompleksinə hücum edib. Həmin kompleks Xankəndindən şimalda yerləşir və həmin rayon Azərbaycan ordusunun uzaqvuran artilleriya-raket sistemlərinin atəşi altındadır.

Xankəndindən şimalda erməni ordusunun S-300 sistemlərinin mövqe rayonu yerləşir və orada kompleksin radiolokasiya qurğusu, habelə bir neçə mobil raket buraxılış qurğusu yerləşir. Bundan əlavə erməni ordusunun “Kruq” zenit-raket kompleksinin mövqe rayonları da orada yerləşir və istisna deyil ki, həmin qurğu da atəşə tutulur.

 Həmin mənbə onu da yazır ki, ötən gün Azərbaycan ordusu Ermənistanın silahlanmasında yer alan ən müasir Rusiya radioelektron mübarizə sistemini də sıradan çıxarıb. Belə ki, erməni ordusunun mövqelərini qoruyan “Repellent” radioelektron mübarizə sistemi Azərbaycan ordusunun kamikadze-dronu tərəfindən sıradan çıxarılıb. Rusiyanın “NTS-REB” səhmdar cəmiyyətinin istehsal etdiyi “Repellent” kiçik PUA-ların siqnallarını pozmaq üçün nəzərdə tutulmuşdu, Azərbaycanın dron-kamikadzesi də bu sinifdəndir.

Lakin naməlum səbəbdən bu sistem Azərbaycan kamikadze-dronunu nəinki aşkar edə bilməyib, üstəlik həmin dron onun özünü məhv edib. Ehtimal edilir ki, kamikadze-dronu Azərbaycanın radioelektron mübarizə sistemi qoruyub və məhz bu səbəbdən “Repellent” onu aşkar edə və qarşıya qoyulan vəzifəni yerinə yetirə bilməyib.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR