Ermənistanın bu döyüşlərdə itkiləri 1 milyard dolları aşıb

01 oktyabr, 2020 22:05

“Torpaqlarımızın işğalçılardan təmizlənməsi ilə bağlı keçirilən hərbi əməliyyatlar nəticəsində düşmənə dəyən ziyan 1 milyard dolları keçib”.  

Azsiyasət.com xəbər verir ki, bunu qafqazinfo.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin əsas döyüş texnikasını məhv edəndə həm döyüş, həm də maddi-texniki təminatda böyük problemlər yaranır:

“Çünki sıradan çıxan texnikanın yenidən bərpası üçün onu haradansa almaq lazımdır. Onların isə belə imkanları yoxdur. Tankı, topu, avtomobili haradan alacaqlar? Patron deyil ki, iki dəqiqədə alıb gətirib yerinə qoyasan. Bizimkilər isə vurub məhv edirlər ki, daha yaxşı nəticə əldə edək. Yəni, faktiki gedişatda biz müəyyən dəyişiklik edəcəyik, amma mən onun hansı şərtlərlə olacağını açıqlaya bilmirəm. Ümumilikdə Ermənistanın bu döyüşlərdə itkiləri 1 milyard dolları aşıb”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun bölmələrinin irəliləmə dərinliyində Ermənistanın əksər döyüş texnikasının məsafədən məhv edildiyini deyə bilərik:

“Həmin texnika şəxsi heyətlə kontakta qədər məhv edilib. Bu da şəxsi heyətin irəliləməsinə və şəxsi heyət arasında itkilərin minimum gətirib çıxarılmasına hesablanıb. Düşmən əvvəlcə darmadağın olunur, zərbə endirilir, müqavimət nöqtələri məhv edilir və düşən maksimum itki verir. Bizim şəxsi heyət kontakta keçəndə müqavmət də az olur və bizim heyətin itkisi mimimuma endirilir”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Ermənistan ordusuna dəyən maddi ziyanı hesablayarkən bir incə məqama da diqqət yetirmək lazımdır:

“Çox təəssüf ki, Ermənistana uzun illərdir silah ya faizsiz kreditlə, ya da pulsuz verilib. Ermənistanın KTMT (ODKB) üzvü olması önə çəkilərək Rusiya tərəfindən bizə satılan silahdan qat-qat ucuz qiymətə Ermənistana silah satılıb. Qiyməti hesablayarkən bunu da nəzərə almaq lazımdır. Amma ümumilikdə deyə bilərik ki, vurulmuş ziyan həddindən artıq yüksəkdir”. 

Ekspert həmçinin bildirib ki, bu məsələdə iqtisadi ziyandan çox psixoloji üstünlük də vacibdir. Hansı ki, Azərbaycan ordusu bir neçə gün ərzində kifayət qədər ciddi şəkildə üstünlüyü ələ ala bilib:

“Həm canlı qüvvəyə, həm də texnikaya vurulan ziyan onu göstərdi ki, Ermənistan tərəfinin güzəştə gedərək torpaqların qaytarılması ilə bağlı bəyanatı olmasa, Azərbaycan Ordusu hərbi əməliyyatların davamı ilə bağlı qərar qəbul edərsə, Ermənistan ordusunun kifayət qədər ciddi zərər görərək, müdafiə qabiliyyətini tamamilə itirməsi gündəmə gələ bilər”.  

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi əks-hücum nəticəsində sentyabrın 27-dən 30-dək məhv etdiyi düşmən ordusunun canlı qüvvə və hərbi texnikasının siyahısını açıqlayıb. Bura 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi  daxildir. Həmçinin, düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR