"Paşinyan deyəcək ki, KTMT-dən çıxırıq" - Ermənilərin "artsax-dan köçü başlaya bilər

17 aprel, 2022 01:37

Onların məqsədi budur ki, əhalini inandırsınlar – ordumuz yoxdur, Rusiyanın və KTMT-nin timsalında müttəfiqimiz də yoxdur və bizə nə etmək qalır? İmzalamalıyıq (Azərbaycanla sülh müqaviləsini-red.)”.

Azsiyaset.com azpolitika.info-ya istinadla xəbər verir ki, bunu Ermənistan Baş Qərargah rəisinin sabiq müşaviri, beynəlxalq təhlükəsizlik eksperti Vladimir Poqosyan “Sputnik”ə müsahibəsində söyləyib.

Poqosyan deyib ki, Nikol Paşinyan parlamentdəki son çıxışında Ermənistanın çıxılmaz vəziyyətdə qaldığına, ordunun və real müttəfiqlərin olmadığına işarə vurmaqla, Qarabağın rus hərbi kontingentinin müvəqqəti nəzarətindəki ərazisində yaşayan ermənilər arasında qorxunu, panikanı daha da artırıb: “Getdikcə, ordu daha da zəifləyəndən sonra Paşinyan deyəcək ki, KTMT bizə lazım deyil, biz bu təşkilatdan çıxırıq. Bu, indiki hakimiyyətin arxasında duranların planıdır, KTMT-nin, öz silahlı qüvvələrimizin, sülhməramlıların gözdən salınması da onlardan gəlir...

Deyildi ki, yeni müharibə olacağı halda dünya birliyi bizə kömək etməyəcək. Faktiki olaraq bu, Rusiyaya da aiddir. Bu bəyanat böyük əks-səda yaratdı. Gün ərzində mən “artsax”dan çoxlu siqnal aldım ki, oradan əhalinin kütləvi və nəzarətsiz köçü başlaya bilər”.

Əsas etibarilə revanşist siyasi qüvvələrin düşərgəsində yer alan Poqosyan Paşinyanın Azərbaycanla tezliklə sülh müqaviləsinin bağlanmasına və Ermənistanın başqa yolunun olmadığına dair fikirlərini təhlükəli sayır. O, hesab edir ki, bununla da Baş nazir Türkiyə və Azərbaycanın maraqlarına xidmət etmiş olur.

Göründüyü kimi, son Brüssel görüşündə əldə edilən razılaşmalar, Rusiyanın danışıqlar prosesinə təsirinin mümkün qədər azaldılması və Avropa İttifaqının önə çıxması, eləcə də sülh müqaviləsilə bağlı qismən də olsa perspektivlərin artması, İrəvandakı Rusiya yanlılarını fəallaşdırıb. Məqsəd, nəhayət ki, tərəflər arasında mümkün qarşılıqlı razılaşmanı, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasını, sülh əldə edilməsini əngəlləməkdir. Bu da gözlənilən haldır. Çünki Rusiyanın əsrlər boyu regionumuzda yürütdüyü siyasət yalnız özünün imperiya maraqlarına xidmət edib və buradakı xalqların normal sülh şəraitində yaşamasına qətiyyən xidmət etməyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR