Şərtləri indi Bakı diktə edir - Düşmənə son ultimatum verildi

02 oktyabr, 2020 10:16

Qarabağ hərb meydanında kritik dönüş; Ermənistan Azərbaycanla təkbətək qalmağın panikasını yaşayır; müharibə isə bir halda dayandırılacaq; rusiyalı politoloq: “Qışa kimi Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək...”

Prezident İlham Əliyev Azərbaycan xalqının qətiyyətli iradəsini bir daha bəyan etdi. Erməni işğalçılarına qarşı cəza əməliyyatları yalnız bir halda dayandırılacaq: təcavüzkar son əsgərinədək ərazimizdən çıxsın. Bu barədə o, Mərkəzi Klinik Hospitalda yaralı hərbçilərlə görüşü zamanı bildirdi.

Şübhə yox ki, bu, yalnızca söz xətrinə deyilməyib. Çünki Azərbaycan artıq əvvəlki deyil. Söhbət təkcə düşmən Ermənistan üzərində üstün hərbi, iqtisadi, demoqrafik gücdən getmir. Bunlar öz yerində. Söhbət həm də xalqımızın və dövlətimizin 27 illik səmərəsiz danışıqlar təcrübəsindən çıxış eləməsi və status-kvodan təngə gəlməsindən gedir. Bu mənada İlham Əliyevin yuxarıdakı sözlərini düşmənə son ultimatum da saymaq olar. Bu, eyni zamanda Ermənistanın havadarlarına işğalçını ağla gətirməyin vaxtı çatması haqda bir ismarışdır.

Üçüncü yandan, Azərbaycan rəhbərliyi, onun Ali Baş Komandanı da anlayır ki, ciddi nəticələr olmadan, yaxud işğalçı tərəf ədalətli sülhə, ölkəmizin ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etmədən yenə də əməliyyatları dayandırmaq xalqımızda ruh düşkünlüyü, xəyal qırıqlığı yaradar və onun sonucu yaxşı olmaz. Odur ki, türkiyəli bir hərbi ekspertin dediyi kimi, dayanmaq intihar demək olardı.

Niyə də dayanaq, əgər üstəlik, informasiya-təbliğat savaşında da nə Ermənistan, nə də erməni lobbisi bir şey edə, dünyanı əvvəlki kimi öz yalanlarına inandıra bilmirsə. Gerçək belədir ki, işğalçı ölkəni özünə “kiçik bacı” sayan Fransadan başqa ortada Ermənistanın halına yanan ciddi bir dövlət yoxdur. Ən əsası, Rusiya tam neytraldır. Hətta Nikol Paşinyan da bunu etiraf elədi. Dedi ki, “Bəli, Rusiya bizim strateji müttəfiqimizdir, ancaq hazırda tam neytral mövqedədir”.

Ayrı necə ola bilər ki? Rusiya Ermənistanın strateji müttəfiqidir, Dağlıq Qarabağdakı oyuncaq rejimin yox. KTMT-nin (“Rusiya NATO-su”) da bəyanatları var ki, Dağlıq Qarabağ bu blokun məsuliyyət zonasına daxil deyil. Bir sözlə, Azərbaycan və Ermənistan tamamilə təkbətək qalıb. Elə isə nədən fürsətkən yağı düşmənin, işğalçının başını yaxşıca əzməyək? Ona heç vaxt unutmayacağı dərsi verməyək? Demirdik ki, Rusiya kənarda dursun. Hələ ki, o kənardadır. O zaman hərbi hədəfimizə çatmalıyıq və mütləq çatacağıq. Başqa yol yox!.

“Ermənistan öz öhdəliklərinə əməl etməli və «Madrid prinsipləri»nə uyğun surətdə işğal altındakı bütün Azərbaycan torpaqlarını Bakının nəzarəti altına qaytarmalıdır. Əlbəttə ki, bu çoxdan edilməli idi. Ancaq indi də gec deyil. O zaman bir çox insanın həyatı xilas edilərdi”.

Vitali Arkov

Bu barədə rusiyalı politoloq Vitali Arkov bildirib.

Onun sözlərinə görə, İrəvan Bakının rayonlarını geri qaytarmağa və geri çəkilməyə hazır olduğunu elan edərsə, onda Moskva bu məsələdə vasitəçi rolunu oynayacaq və Azərbaycanı hərbi əməliyyatların dayandırılmasına inandırmaqla yanaşı, Ermənistan ordusuna əraziləri ən qısa zamanda azad etmək imkanı yaradacaq.

Politoloqa görə, Azərbaycan iqtisadiyyatının yüksək inkişaf səviyyəsi Bakıya daha müasir silah almağa, Azərbaycan Ordusunun Rusiya və Türkiyədən olan həmkarları ilə sıx əməkdaşlığı isə əsgər və zabitlərin hazırlığını keyfiyyətcə yüksək səviyyəyə qaldırmağa imkan verib: “Eyni zamanda Paşinyan hökuməti Kremllə münasibətləri ciddi şəkildə pozub. Rəsmi İrəvanın bu cür siyasətinin nəticəsi olaraq Kreml və KTMT yeni Qarabağ müharibəsi zamanı Ermənistana birbaşa hərbi yardım göstərməyəcək, münaqişənin hər iki tərəfinə danışıqlar masasına qayıtmaq çağırışları ilə kifayətlənəcək”.

Rusiyalı ekspert hesab edir ki, Bakıya mövcud siyasi vəziyyətə görə qısamüddətli “yaşıl işıq” yandırılıb: “Yəni Ermənistanın çoxdan boşaltmalı olduğu Azərbaycan torpaqlarını güc yolu ilə geri qaytarması mümkündür. Bu, İrəvan hakimiyyətinə İlham Əliyev və Vladimir Putin tərəfindən veriləcək cəza kimi də qiymətləndirilə bilər”.

A.Arkovun dediyinə görə, Paşinyan hökuməti ara-sıra Rusiyanın silahları ilə öyünür, amma bu, bir faktdır ki, Moskvanın bir müddət öncə Ermənistana göndərdiyi müasir hərbi avadanlıq heç bir zaman Azərbaycana tərəf tuşlana bilməz: “O silah-sursat Ermənistan ordusuna deyil, Rusiyanın oradakı bazasının arsenalına göndərilib və tam başqa məqsədlər daşıyır. Kremlə yaxın olan hər bir kəs bunu bilir”.

“Mən qışa kimi Azərbaycanın öz ərazisindəki bütün qanunsuz erməni silahlı birləşmələrini və işğalçı hakimiyyəti məhv edib öz ərazi bütövlüyünü tamamilə bərpa edəcəyinə şübhə etmirəm”.

Oleq Kuznetsov

Bu barədə rus tarixçi-alim və analitik Oleq Kuznetsov öz facebook səhifəsində yazıb.

Azərbaycan Ordusunun hücum əməliyyatlarından danışan politoloq Rasim Musabəyova görə isə ordumuz bu gün erməniləri məcbur edir ki, onlar silah-sursatı istifadə edib qurtarsın (Teleqrad.com): “Nəzərə alın ki, onların hərbi təchizatı, ehtiyatda olan silah-sursatı bizdən qat-qat azdır. Düşmənin müqavimət gücünü sındırmaq üçün vacibdir ki, onların döyüşçülərini məhv edək, yaralayaq, habelə texnikalarını sıradan çıxaraq. Yəni onları sursatsız qoymaqla vadar edək ki, geriyə çəkilsinlər və sülh üçün Azərbaycana yalvarsınlar. Ordumuz hazırda bunu həyata keçirir. Uzunmüddətli müharibədə ermənilərin bizə qarşı şansı yoxdur”.

Politoloqun qənaətincə, əməliyyatlar illərlə sürməyəcək. “Düşünürəm ki, bu proses 10 gün, iki həftə, uzağı bir ay çəkə bilər. Hazırda bizim imkan və resurlarımız daha çoxdur, nəinki ermənilərin. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, düşmənin canlı qüvvəsini və texnikasını zərərsizləşdirək. Bunu edə bilsək, onlar danışıqlara da gələcək, bu danışıqlarda özlərini adam kimi aparacaqlar. 2016-cı ildə onlar yalvardılar və Putin də məsələni yoluna qoydu. Sonra da bəyan etdilər ki, biz Azərbaycanı məhv edəcəkdik, amma ruslar imkan vermədi. İndi də Putin bunlara deyir ki, gəlib diz üstə mənə yalvarmayana qədər müdaxilə etməyəcəyəm. Bilmirəm, Putin-Ərdoğan arasında hansı danışıqlar ola bilər. Bütün hallarda bizim cavabımız birdir. Biz öz torpaqlarımızda işğalçı qüvvələrlə müharibə aparırıq. Bunu da prezident açıq bəyan etdi. Bütün yalan-palana bir cavabımız var. Biz işğalçı qüvvələri öz ərazimizdən çıxarmaqla məşğuluq. Zəhmət çəkib öz xoşları ilə ərazimizdən çıxsınlar və müharibə də dərhal dayansın”, - deyə o əlavə edib.

musavat.com

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi