Erməni müxaliflərin dəhşətli ssenarisi - Korotçenko

06 may, 2022 10:31

Ermənistanda mitinqlər bir vaxtlar Nikol Paşinyanın müxalifətçidən ölkənin baş nazirinə çevrilməsinə imkan verən miqyasda deyil. Müxalifət cəmiyyətin əksəriyyətini öz şüarları, öz bayraqları altında birləşdirə bilmədi. Bu isə o deməkdir ki, müxalifətin axtardığı siyasi məqsədlər reallaşmayacaq. Müxalifət qüvvələrinin yazmağa çalışdığı ssenari reallaşmayacaq.

Bu fikirləri tanınmış rusiyalı hərbi ekspert, Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Birincisi, Moskva dəfələrlə vurğulayıb ki, Ermənistanda baş verən bütün sarsıntılar yalnız onun daxili işidir. İkincisi, Cənubi Qafqazda, Xəzər regionunda sabitlik Rusiya üçün çox vacibdir. Xüsusən də Ukraynada xüsusi hərbi əməliyyatın aparılması və Rusiya iqtisadiyyatının Qərb dövlətlərinin kütləvi təzyiqi altında olması fonunda. NATO-nun genişmiqyaslı təlimlər keçirdiyini görürük. Ermənistanda baş verən hər hansı təlatümlər regiondakı hərbi-siyasi vəziyyətə təsir edə bilər. Bu da Rusiya üçün hazırki vəziyyətdə son dərəcə arzuolunmaz variantdır. Moskva ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, sülh sazişi, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Rusiyanın milli maraqlarına uyğundur. Ona görə də Moskva erməni müxalifətçilərinə birbaşa və ya dolayısı ilə heç bir dəstək vermir, onları heç bir şəkildə həvəsləndirmir. Lakin erməni diasporu fəal şəkildə Ermənistanda baş verən hadisələrə təsir və müdaxilə etməyə, onları maliyyələşdirməyə çalışır”, - rusiyalı ekspert qeyd edib.

Onun sözlərinə görə, buna görə də çox ciddi risklər var:

“Bundan başqa, Ermənistan Milli Təhlükəsizlik Xidməti etirazçıların parlamentə basqın etmək cəhdi barədə bəyanat verib. Biz Ermənistan tarixində məmurların ölkə parlamentində güllələnməsi hallarını xatırlayırıq. Və bunun bir daha baş verməyəcəyinə heç kim zəmanət vermir. Ona görə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatı müxalifət sıralarına daxil edilmiş agentlərin Paşinyanın hakimiyyətdən zorla uzaqlaşdırılmasının mümkün ssenarisinə işarədir”(axar.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR