G7 ölkələri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək - "Bloomberg"
08 may, 2022 14:04
G7 ölkələrinin liderləri bazar günü Rusiyaya qarşı mümkün yeni sanksiyaları müzakirə edəcəklər.
"Bloomberg" xəbər verir ki, bu barədə agentlik öz mənbələrinə istinadla yazıb.
Görüş onlayn şəkildə keçiriləcək və ölkələrə istənilən tədbiri yekunlaşdırmaq imkanı verəcək.
Daha əvvəl Reuters agentliyi G7 ölkələrinin - Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderlərinin Bazar günü Ukrayna prezidenti Vladimir Zelenski ilə virtual görüş keçirəcəyini bildirmişdi.