ABŞ prezidenti Lend-liz qanununu imzaladı - Vaxtilə SSRİ-ni məhz lend-liz xilas etmişdi
10 may, 2022 00:46
ABŞ prezidenti Cofez Bayden Ukraynaya hərbi yardımla bağlı Lend-liz qanununu imzalayıb.
Bu haqda Ağ Ev məlumat yayıb.
Bu qanun Ukraynaya məhdudiyyətsiz silah verilməsini əks etdirir. Başqa sözlə desək, Ukraynaya silah verilməsinə mane olan bütün qanuni məhdudiyyətlər aradan qalxır.
Xatırladaq ki, İkinci Dünya Müharibəsi zamanı SSRİ-ni məhz lend-liz xilas etmişdi.