Penitensiar Xidmətin rəisi kim ola bilər? - Daha böyük qazanca hədəflənən namizədlər - Orxan Qasımov, yoxsa...

11 may, 2022 10:06

Bakı şəhərinin keçmiş prokuroru İlqar Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcəyi ilə bağlı 29 aprel 2022-ci il tarixində Azsiyaset.com saytında məlumat dərc olunmuşdu. İ.Abbasov bundan üç gün öncə - aprel ayının 26-da Baş prokurorun müvafiq əmri ilə Bakı şəhər prokuroru vəzifəsindən azad edilmişdi.

Onun Penitensiar Xidmətin rəisi vəzifəsinə ən iddialı şəxslərdən biri olması və bu iddianın reallaşması üçün atdığı addımlarla bağlı redaksiyamıza bu gün də dəqiqliyi şübhə doğurmayan mənbələrdən maraqlı məlumatlar daxil olur. 5 il ölkə paytaxtının prokuroru vəzifəsində çalışan 49 yaşlı bu şəxsin Penitensiar Xidmət kimi nəhəng bir quruma rəis təyin olunmaq arzusu qəribə görünməyə bilər. 

Ancaq İ.Abbasovun 2017-ci ilin aprel ayının 26-da - Bakı şəhər prokuroru vəzifəsinə təyin olunduğu gün şəhərin mərkəzində qopan “fırtına”dan da xəbəri olan xeyli sayda insanlar var. Onun həmin gün maskalı, silahlı şəxslərin və onlarla mühafizəçinin əhatəsində Bakı Şəhər Prokurorluğuna daxil olmasının şəxsən şahidi olmuşam. Əldə etdiyimiz məlumatların təhlili göstərir ki, İ.Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə özünü alternativsiz namizəd kimi görür. Ancaq o, gözlənilməz qərarların qəbul ediləcəyindən də ehtiyat edir və çox narahatdır.

Bəlkə də narahat olmağa dəyər... Çünki... 

Penitensiar Xidmətin rəisi vəzifəsinə hazırda yüksək vəzifədə işləyən başqa bir iddialı namizəd də var - Orxan Qasımov!

O, 10 sentyabr 2018-ci ildən Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışır. 1977-ci il təvəllüdlü O.Qasımov ədliyyə general-mayorudur. Bəs əvvəllər də yüksək vəzifələrdə çalışan O.Qasımov əslində kimdir?

Azsiyaset.com-un əldə etdiyi məlumata görə, O.Qasımov 2019-cu ilin dekabrında dünyasını dəyişən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Cavanşir Tağıyevin oğludur. Bəribaşdan onu qeyd edək ki, O.Qasımov atasının soyadını daşımır. 

O, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun kürəkənidir.

O.Qasımovun qaynatası A.Qaraşov və rəhmətlik atası C.Tağıyev haqqında zaman-zaman mediada ciddi ittihamlarla zəngin məlumatlar da dərc olunub. 

Deməli, əldə olunan məlumatlar Penitensiar Xidmətin rəisi vəzifəsinə ən iddialı bu iki şəxsin olduğunu göstərir: Orxan Qasımov və İlqar Abbasov! Ancaq sual olunur, bu şəxslər Penitensiar Xidmətin rəisi kimi mühüm və strateji əhəmiyyətli bir posta layiqdirlərmi?!

Öncə qeyd edək ki, Azsiyaset.com saytı uzun müddətdir Penitensiar Xidmətdəki neqativləri qərəzsiz araşdırır və bu günə qədər xeyli sayda sağlam tənqidi materillarla çıxış edib. Penitensiar Xidmətdə baş verən labirint qanunsuzluqlar və neqativ hallar bu sahədə təcrübəsi olan şəxsləri də tapıb danışdırmağımıza da səbəb oldu.

Hazırda təqaüddə olan, Penitensiar Xidmətdə uzun müddət müxtəlif vəzifələrdə işləyən həmsöhbətimiz bu qurumda baş verən xoşagəlməz hallarla bağlı fikirlərini bizimlə bölüşdü:

“Penitensiar Xidmət mürəkkəb və həssas strukturdur. Bu təşkilatın əsas vəzifəsi odur ki, cinayət törətmiş şəxsləri islah etsin. Ancaq bunu edə bilirlərmi? Cəzaçəkmə müəssisələrində hə cür cinayət törədən məhbuslar cəza çəkir: dövləti cinayət törədənlər, narkotik maddələrə görə həbs olunanlar, kriminala meylli şəxslər, ictimai təhlükəsizlik əleyhinə cinayət törədənlər, eyni motivli cinayət əməlini təkrarən həyata keçirənlər və s. Penitensiar Xidmət məhbusları necə islah edir ki, məhbus azadlığa çıxandan sonra gedib daha ağır cinayət işlədir. Adama elə gəlir ki, bu qurum həbsxanalardan cəmiyyətə daha təhlükəli cinayətkarlar yetişdirib transfer edir. Cəzaçəkmə müəssisələrində bu kontingentdə ciddi işlər aparılmır. Axı onlar da cəmiyyətin bir üzvüdürlər. Təbii ki, islah olunmayan məhbuslar bütün ölkələrdə var və belələri bütün dövrlərdə olub. Amma bir də var ki, ümumən heç kəsi islah edə bilmirsən. Maraqlı bir məsələni diqqətinizə çatdırım ki, məsələnin nə qədər ciddi olduğunu hər kəs anlaya bilsin. Başa düşmək lazımdır ki, məhbusu islah etməmək dövləti və cəmiyyəti təhlükə qarşısında qoymaq deməkdir. Bir misal çəkim. Qazaxıstanda baş vermiş son hadisələr göstərdi ki, orada cəzaçəkmə müəssisələrindəki kriminalla radikal dindarlar birləşmişdilər. Artıq onlar çöldə çox təhlükəi bir qruplara çevrilmişdilər. Mən indi çox məsələləri açıb-ağartmaq istəmirəm. Azərbaycan həbsxalarında elə dəhşətli hadisələr baş verir ki, sabah xoşagəlməz halların qarşısı necə alınacaq!?”.

Qayıdaq iddialı şəxslərin O.Qasımov və İ.Abbasovun istəklərinə...

Əvvəla, Penitensiar Xidmətə ciddi qazanc mənbəyi kimi baxmaq hər iki namizədin iddiasının əsasını təşkil etməsi heç bir şübhə doğurmur.

- Həm İ.Abbasov, həm də O.Qasımov hədsiz dərəcədə varlı şəxslərdir, onların ailə üzvləri, qohumları yüksək vəzifələrdə çalışıblar. İ.Abbasov onlarla mühafizəçini hansı pulla saxlayırdı!? Bu adamın imzası ilə nə qədər şəxs cəzaçəkmə müəssisələrində cəza çəkir? Onları həbsə göndərən İ.Abbasov cəzaçəkmə müəssisələrində onları islah edə bilərmi? Axı istintaq prosesində prokurorların mövqeyi hər kəsə bəllidir

- Bu günə qədər işlədikləri dövr ərzində hər iki namizədin fəaliyyəti fərdi qazanca hesablanıb. Ciddi maddi imkan sahibi olmaları bunun isbatıdır

- İ.Abbasovun şəhər prokurorluğundakı “uğurlu” fəaliyyətinin nəticəsidir ki, o, prokurorluq sistemində deyil, başqa bir sahədə (daha pullu və qapalı sferada) vəzifəyə təyin olunmağa çalışır

- O.Qasımov isə bu günə qədər Penitensiar Xidmətdə baş verən qanunsuzluqların məsuliyyətini daşımalı olan yüksək vəzifəli şəxslərdən biridir. O, rəis müavinidir. Bu günə qədər oradakı qanunsuzluqlara zərrə qədər də olsun, mane olmağa çalışmayan, öz şəxsi imkanlarını artıran bu adam Xidmətə rəis təyin olunsa, oradakı vəziyyət düzələcək, yoxsa problemlər daha da dərinləşəcək? Heç nə dəyişməyəcək! Köhnə dəyirman daşı bu dəfə daha sürətlə və gənc şəkildə irəliləyəcək…

Mənzərə ortadadır, namizədlərin özləri də bilirlər ki, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmaq üçün yetərli keyfiyyətlərə malik deyillər.

Əvvəla, Penitensiar Xidmət ölkənin strateji sahələrindən biridir. Burada baş verən hər hansı qanunsuzluq ölkənin dayaqları üçün ciddi risklər yaradır. Hazırda Penitensiar Xidmətdə baş verən hadisələr qalib ölkə olan Azəbaycanın regional və qlobal proseslərdəki əlahiddə, güclü mövqeyinə adekvat deyil. Azərbaycanı ləkələmək üçün cəzaçəkmə müəssisələri bir sıra beynəlxalq təşkilatların əlində əsas bayrağa çevrilib. Ölkəmizin digər sahələrdəki uğurları təqdi olunsa da, cəzaçəkmə müəssiələrindəki acıanaqlı vəziyyət birmənalı şəkildə dövlətin imicini baltalayır.

Nəzərə almaq lazımdır ki, hüquq-mühafiə orqanları içərisində Penitensiar Xidmətin xüsusi və strateji əhəmiyyəti var. Bu baxımdan bu qurumun rəisi vəzifəsinə təyin olunacaq şəxs fərdi-merkantil maraqların yox, milli, dövlətçi və strateji maraqların daşıyıcısı olmalıdır.

Müəllif: Samir Feyruzov 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi