İranın "səhra tozu" ittihamına Türkiyənin cavabı...
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç İrandakı qum fırtınaları və havanın çirkləndirilməsi ittihamlarına cavab verib.
Azsiyaset.com XİN rəsmisi bu barədə "Tvitter"də paylaşım edib.
Tanju Bilgiç İranda qum fırtınaları və Tehranda havanın çirklənməsi ilə bağlı Türkiyəyə qarşı irəli sürülən iddialarla bağlı açıqlamalar verib.
O, Türkiyədə tikilən bəndlərin qonşu ölkədə ekoloji problemlər yaratması iddialarını təkzib edib:
"Türkiyədə bəndlərin coğrafiyamızda qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmilikdən uzaqdır. Qum və toz fırtınaları daha çox təbiət hadisəsidir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən əhəmiyyətli iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır. Əslində, iqlim dəyişikliyinin səbəb olduğu torpaqların məhv edilməsi, meşələrin qırılması, səhralaşma və quraqlığıv da bu fırtınaları artırır".