Minsk-Varşava münasibətləri pisləşir - Lukaşenko səfiri geri çağırdı
14 may, 2022 17:36
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Polşadakı səfiri Vladimir Çuşyevi tutduğu vəzifədən azad edib.
Bu barədə Belarus mətbuatı məlumat yayıb.
“Belarus Konstitusiyasının 84-cü maddəsinin 20-ci bəndinə uyğun olaraq, Çuşyev Vladimir Nikolayeviç Belarus Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, - fərmanda bildirilir.
Qeyd edək ki, 2021-ci ilin iyunundan Avropa İttifaqı Belarusa qarşı iqtisadi sektoral sanksiyalar tətbiq edib.