Rusiya ordusunun üçdə birini itirib - Britaniya kəşfiyyatı
15 may, 2022 11:05
“Rusiyanın Donbasdakı hücumu sürətini itirib və qrafikdən xeyli geri qalıb. Həmçinin, son bir ayda əhəmiyyətli ərazi uğurları əldə edə bilməyib”.
UNİAN xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
“Rusiya, yəqin ki, fevral ayından bəri Ukraynada iştirak edən quru qoşunlarının üçdə birini itirib. Mövcud şəraitdə Rusiyanın qarşıdakı 30 gün ərzində irəliləmə tempinin sürətlənməsi mümkün deyil”, - deyə məlumatda qeyd olunur.