ABŞ-dan Belarusa sanksiyaları qaldırmaq təklifi - "Wall Street Journal" nəşri

20 may, 2022 17:40

Birləşmiş Ştatlar Ukraynadan buğdanın Belarus ərazisindən dəmiryolu ilə Litvanın Klaypeda limanına ixracı marşrutunu nəzərdən keçirir. Bunun qarşılığında Belarus lideri Aleksandr Luşakenkoya ölkənin potaş gübrə sənayesinə sanksiyaların altı aylığa qaldırılması təklif olunur.

“Wall Street Journal” qəzetinin yazdığına görə, Vaşinqton potaşla bağlı sanksiyaları ötən il, Belarusun miqrasiya böhranı yaratması və ölkədə siyasi müxalifətə təzyiqinə cavab olaraq qoyub.

Rusiyanın fevralın 24-də Ukraynaya hücumu dünyada kəskin qiymət artımına səbəb olub. Ukrayna Qara dəniz limanlarına çıxışı itirdiyindən ölkədən buğda ixracı dayanıb. Beynəlxalq qurumlar inkişaf etməkdə olan ölkələrdə aclıq, bahalanmanın kəskinləşməsi ilə bağlı xəbərdarlıq edirlər.

Moskvanın BMT-dəki səfiri Vasili Nebenzya isə dünən – mayın 19-da BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, ərzağın bahalanmasına Qərbin Rusiyaya sanksiyaları və digər faktorlar səbəb olub, nəinki Ukraynada üç aya yaxındır gedən müharibə. Səfir Odessa və digər limanlardan buğdanın daşınması üzrə danışıqlar çağırışlarını da rədd edib.

“Wall Street Journal” yazır ki, Rusiyada son onillər məhsul yığımı artıb və indi Moskva ərzaqdan diplomatik təzyiq vasitəsi kimi istifadə edir. ABŞ-ın Dövlət katibi Antoni Blinken dünənki iclasda deyib ki, hazırda Ukraynada anbarlarda 20 milyon ton buğda var, dünyada isə ərzaq təchizatı tükənməkdədir.

Qəzetin bu həftənin bazar ertəsi yazdığına görə, BMT-nin Baş katibi Antonio Quterriş Rusiya, Türkiyə və Ukrayna rəsmiləri ilə danışıqlar aparır, Ukraynadan buğda ixracına imkan verəcək dəniz yoluna nail olmaq istəyir. Bunun qarşılığında isə Rusiya və Belarusdan gübrə ixracını asanlaşdırmaq təklif olunur.

Dünyada ərzaq qıtlığı getdikcə daha da pisləşir. 50 milyonadək insanın aclıq astanasında olduğu deyilir. Artıq İndoneziya, Pakistan, Peru və Şri Lankada ərzağın bahalanmasının iğtişaşlara, etirazlara yol açdığı xəbər verilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR