Ermənistan Gəncəyə niyə raket atıb? - "Onlar çalışırlar ki, beynəlxalq təşkilatları, müttəfiq saydıqları məmləkətləri bu prosesə qatsınlar" - Ekspertlər danışır

04 oktyabr, 2020 15:29

Separatçıların “rəhbər”i Araik Arutyunyan bu gün saat 10 radələrində Ermənistan ərazisindən Gəncənin atəşə tutulması əmrini özünün verdiyini elan edib.

Azsiyasət.com xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında məlumat verib.

“Mənim əmrimə əsasən bu gün Ermənistan ordusu tərəfindən Gəncə şəhərindəki hərbi obyektləri zərərsizləşdirmək üçün bir neçə raket zərbələri endirilib”, - deyə separatçıların “lider”i bildirib.

Mövzu ilə bağlı millət vəkili Rasim Musəbəyov qafqazinfo-ya açıqlamasında bildirib ki, əslində separatçı “respublikanın lideri”nin bu bəyanatı izi itirmək üçündür:

“Qondarma Dağlıq Qarabağın “prezident”i Araik Arutyunyan qələt edir, onun nə imkanı, nə də səlahiyyəti çatır ki, Gəncənin vurulması ilə bağlı əmr versin. O, bu cinayətin izini itirmək üçün bu cür danışır. Əslində atəş Ermənistan ərazisindən raketlər vasitəsilə atılıb. Buna görə də onlar cəzalarını alacaqlar”.

R.Musabəyov əlavə edib ki, bunu Azərbaycan hərbi rəhbərliyi birmənalı şəkildə bəyan edib.

Politoloq Şahin Cəfərli də hesab edir ki, Gəncənin atəşə tutulması Ermənistan ərazisindəki atəş nöqtələrinə və hərbi obyektlərə cavab zərbələri endirməyə legitim əsas yaradır:

“Amma düşünürəm ki, bu mərhələdə təmkinli və soyuqqanlı hərəkət etmək lazımdır. İlk növbədə Xankəndi və işğal altındakı digər yerlərdə olan bütün hərbi hədəflər intensiv şəkildə vurulmalıdır. Vəziyyətin inkişafına uyğun olaraq sonrakı mərhələdə daha sərt variantlara əl atıla bilər”.

Politoloq Tofiq Abbasov isə məsələni belə şərh edib:

“Araik Arutyunyan özfəaliyyətlə məşğuldur və çalışır Ermənistan Respublikasının Azərbaycana qarşı etdiyi yeni cinayətkar akta bəraət qazandırsın. Guya bu məhz qondarma respublikanın “silahlı qüvvələri”nin cavab atəşidir. Əslində Azərbaycanın hərbi komandanlığı  və eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü brifinqdə bildirdi ki, atəş Ermənistan tərəfindən atılıb”.

O, qeyd edib ki, Araik Artrutyan siyasi retuşla məşğuldur: “Ermənistanın bu məsələlərdə cinayətkarcasına, həm də qarşıdurma arealını artırma niyyəti bir şeylə bağldır. Onlar çalışırlar ki, beynəlxalq təşkilatları, müttəfiq saydıqları məmləkətləri bu prosesə qatsınlar. Ancaq bu, əbəsdir. Bizim Ali Baş komandanlıq bildirdi ki, əməliyyatımızın mahiyyəti əks- hücum xarakteri daşıyır. Biz öz torpaqlarımızdan Ermənistanın cinayətkar ordusunun ayağını yığışdırmağa başlamışıq. Bizim ərazi bütövlüyümüz BMT və bütün dövlətlər tərəfindən tanınır”.

Politoloq hesab edir ki, Ermənistan bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), Rusiyanı bu məsələrə qatacağına böyük ümidlər bəsləyirdi. Amma bu, alınmadı. Rusiya rəhbərliyi açıq şəkildə bildirdi ki, bu məsələdə neytraldır, heç bir tərəfi dəstəkləmir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR