Azərbaycanda su qalmaqalı - Pullar hara xərclənib?

27 iyul, 2020 10:50

Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr edilən müşavirədə deyib ki, bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib.

“Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır ”, deyə o vurğulayıb. O zaman sual yaranır, buna kim cavabdehdir və məsuliyyət kimin üzərindədir?

ReAL Pariyasının üzvü, iqtisadçı Natiq Cəfərli "Azadlıq radiosu"na açıqlamasında bildirib ki, illərdir içməli və suvarma su ilə bağlı həyəcan təbili çalınıb: “Ən azı 10 ildir mətbuatda müstəqil ekspertlər, iqtisadçılar danışıb, jurnalislər araşdırma aparıb, amma mövcud hökumət bunlardan bir nəticə çıxarmadı. Büdcədən ayrılan vəsailərin korrupsiyaya yem olması haqqında yazılanları toplasaq, cildlərlə kitab çıxar. Amma bunları yalan və böhtan adlandırır, korrupsiyanın həcmini heç vaxt etiraf etmirdilər. İndi məlum olur ki, müstəqillikdən sonra milyardlarla vəsait ayrılmış melorasiya, su, kanalizasiya sistemində böyük probləmlər var. Problemlərin səbəbi məhz korrupsiya və ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsidir”.

Natiq Cəfərli hesab edir ki, ayrılan vəsaitlərə və onların xərclənməsinə nəzarəti Dövlət Hesablama Palatası, hüquq-mühafizə orqanları etməlidir:

“Çünki mətbuatda vəsaitlərin səmərəsiz xərclənməsi haqqında kifayət qədər materiallar olub. Həmin materiallar cinayət işlərinin açılması üçün əsasdır. İkinci, xərcləmələrə Milli Məclisin Büdcə Komitəsi nəzarət etməlidir, qanunverici orqanda bu məsələlər qaldırılıb müzakirə oluunmalıdır. Ancaq nəzarət mexanizmləri yox dərəcəsindədir. Səbəblər müxtəlif maraqlarla izah olunur. Nəticədə mövcud problemlər yaranıb və problemlər yalnız su sahəsində deyil”.

İqtisadçı hesab edir ki, prezidentin çıxışından sonra cinayət işi açılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir: “Ciddi araşdırmalar aparılmalıdır ki, ayrılan vəsaitlərin bu qədər xərclənməsinin səbəbi nədir.”

Bu fikirlərə, hələlik, “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
 

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir