"Səfər Əbiyev mənə pul verib, lap əcəb edib" - ADP sədri

22 iyul, 2020 10:59

“Səfər Əbiyev mənə pul verib lap əcəb edib, siz zəhmət çəkin mənim qaldırdığım suallara cavab verin...”

Sabiq müdafiə naziri Səfər Əbiyev Tovuz əməliyyatları barədə bir neçə sayta açıqlama verib. Azərbaycan Ordusunun gücündən və Qarabağı azad etmək qüdrətinin olduğundan danışıb. Adətən mediadan uzaq dayanan sabiq nazirin saytlara açıqlama verməsi, bunun ardınca isə bəzi siyasətçilərin, məsələn, ADP sədri Sərdar Cəlaloğlunun Xural TV-də, həmçinin Reaksiya TV-də onun haqqında müsbət fikirlər səsləndirməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bəzi sosial şəbəkə fəalları və bəzi saytlarda “Səfər Əbiyevin fəallaşması nə ilə bağlıdır? Keçmiş nazirin ordudakı adamları ordu daxilində hansısa sabotajlara əl ata bilərmi” kimi suallar verilir, həmçinin Sərdar Cəlaloğlunu Səfər Əbiyevin maliyyələşdirdiyi iddiaları irəli sürülür. 

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, o, Səfər Əbiyevin fəallaşdığını düşünmür: “Səfər Əbiyevin Tovuz əməliyyatından sonra ordumuzla bağlı açıqlama verməsinə şəxsən mən müsbət yanaşıram və hesab etmirəm ki, burada hansısa fəallaşma marağı var. Mən həmişə o fikirdə olmuşam ki, yüksək vəzifələrdə xidmət etmiş şəxslər ölkənin taleyüklü günlərində görünməlidirlər, xalqda ruh yüksəkliyi yaratmalıdırlar, xalqın yanında olmalıdırlar. Kimsə bunu edirsə və normal mövqe sərgiləyirsə, başqa istiqamətlərə yozmaq düzgün deyil. Ağır və məsuliyyətli günlərdə adam orduya dəstək verirsə, bu, müsbət qiymətləndirilməlidir.

Üzeyir Cəfərov 

Digər tərəfdən, indi ordumuz o vəziyyətdə deyil ki, kimsə kənardan gəlib sabotaj eləsin. Səfər Əbiyevin ordudan ayrılmasından 7 il keçir. Bu illər ərzində orduda o qədər kadrlar dəyişib ki, Əbiyevin kadrlarından demək olar yüksək vəzifələrdə qalanlar yoxdur".

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, adıçəkilən internet TV-lərdə Səfər Əbiyevi tərifləməyib: “Mən demişəm ki, Səfər Əbiyev milli təfəkkürlü adam idi. Orduda əsgər ölümlərini bəhanə edib ona qarşı xüsusi kampaniya aparılırdı. Demişəm ki, Rusiya Səfər Əbiyevi nazir görmək istəmirdi. Çünki o, Rusiyanın təsirindən çıxmaq tərəfdarı və buna çalışan adam idi. Səfər Əbiyev daha çox NATO ilə, ABŞ-la əlaqələrə, əməkdaşlığa üstünlük verirdi. Onun ABŞ-la münasibətlərini pozmaq üçün onu məcbur ediblər ki, ABŞ səfiri ilə görüşdə səfirin səsini yazsın. Beləliklə, Səfər Əbiyev Amerikadan müdafiədən məhrum olandan sonra ona qarşı guya əsgər ölümlərinə etiraz aksiyasını Bakının mərkəzində təşkil etdilər və onun vəzifədən kənarlaşdırılmasına nail oldular. Mən həmin internet TV-lərə bunları demişəm və üstündə də qalıram. Bizim ordunun problemləri adətən ondan qaynaqlanıb ki, müdafiə nazirləri, ordunun başında dayanan bir sıra şəxslər Rusiyanın təsiri altında olub. Necə ki, Türkiyədə FETO hərbidə kök saldığı üçün Türkiyə son illərə qədər PKK-ya, xarici düşmənə qarşı kəskin, səmərəli mübarizə apara bilmirdi, əməliyyatlar çox vaxt uğurla nəticələnmirdi. Uğurlarımız aprel savaşında və Tovuz döyüşündə olub. Lakin bilirsiniz ki, aprel savaşında da ordumuza qarşı xəyanət olmuşdu. Hətta hökumət özü vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırmışdı və xeyli sayda zabitlər həbs olunmuşdu. Suallar, faktlar, şübhələr çoxludur. Mən bunları demişəmsə, məgər Səfər Əbiyevi müdafiə etmiş sayılıram? Mən Azərbaycan xalqının Nəcməddin Sadıkov barəsində uşaqdan böyüyə illərdir dilində əzbərə çevrilmiş fikri səsləndirmişəm. Demişəm ki, Rusiyaya bağlı adamlar ordudan kənarlaşdırılmayınca biz istədiyimiz uğurlu nəticələrə nail ola bilməyəcəyik və itkilərimiz olacaq. Mən bunları dilə gətirirəmsə, Səfər Əbiyevin adamı oluram?! İndi mənim dediklərimə tutarlı cavab tapa bilmədikləri üçün başlayıblar məni Səfər Əbiyevin adamı çıxarmağa, ”Sərdar Cəlaloğlunu Səfər Əbiyev maliyyələşdirir" uydurmasını ortaya atmağa. Əvvəla, mənim Səfər Əbiyevlə heç bir əlaqəm yoxdur. Səfər Əbiyevlə ömrümdə cəmi bir dəfə Eldar Sabiroğlunun anasının yasında qarşılaşmışam və bir-iki saniyəlik salam-əleyküm olub, ikincisi, lap fərz edək ki, Səfər Əbiyevdən pul alıram, adama deyərlər Səfər Əbiyev mənə pul verib lap əcəb edib, sizə nə dəxli var, siz zəhmət çəkin mənim qaldırdığım suallara, verdiyim açıqlamalara cavab verin. Mən sual edirəm ki, 27 ildir neçə dəfə nazir dəyişdiyi halda, baş qərargah rəisi niyə dəyişdirilmir, hansı uğurları olub ki, dəyişdirilmir? Bu suallara cavab versinlər. Mənim kimdənsə pul aldığımı uydurub məsələni başqa səmtə yönəltməsinlər". (musavat.com) 

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..