“Erməni kilsəsinin muzeyə çevrilməsi doğru deyil, ona görə ki...”- tarixçi alim Kərəm Məmmədov

28 iyul, 2020 16:17

Bakıdakı erməni kilsəsinin muzeyə çevrilməsi, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri əks etdirən sənədlərin, faktların orada nümayiş etdirilməsi ilə bağlı məsələ müzakirə mövzusuna çevrilib. Bir çox tarixçi alimlər hesab edir ki, erməni kilsəsi muzeyə çevrilsə, daha yaxşı olar. Ümumiyyətlə, erməni kilsəsinin muzeyə çevrilməsi nə dərədəcə effektiv olar, yaxud bu kilsəyə başqa hansı status vermək olar?

Məsələ ilə “Azsiyasət.com” saytı BDU-nun kafedra müdiri, tarix elmləri namizədi Kərəm Məmmədovun fikirlərini öyrənib.

K.Məmmədov saytımıza açıqlamasında bildirdi ki, Bakıdakı erməni kilsəsi Çar Rusiyasının vaxtında tikilib:

“Hansı ki, həmin vaxt heç Azərbaycanın özü də müstəqil deyildi. Türkiyədəki Aya Sofya məbədi Osmanlının qılınc haqqıdır və Sultan Mehmetin şəxsi mülkiyyəti idi. Bakıdakı erməni kilsəsi ilə Aya Sofya məbədi müqayisə oluna bilməz, bunlar fərqli şeylərdir. Bakıdakı erməni kilsəsini kitabxana eləmək lazımdır. Bu, Allaha da xoş gedər. Elektron şəkildə müasir kitabxana qurulmalıdır. Cavanlar boş-boşuna orda-brda gəzməsinlər, girib orada kitablar oxusunlar. Amma orda elə kitabxana açmaq lazımdır ki, çox çətin tapılan kitablar orada tapılsın. Nadir fond kimi”.

Tarixçi alim hesab edir ki, bizim Qubada üstü açıq muzeyimiz var, Azərbaycan tarix muzeyi də var:

“Kilsəni muzeyə çevirmək doğru olmazdı. Əgər oranın muzeyə çevrilərək, soyqırımla, erməni vəhşilikləri ilə bağlı sənədlərin nümayişindən söhbət gedirsə, buna nə gərək var? Bizdə belə muzeylər mövcuddur. Biz çox vaxt xaricə deyilməli olan sözü daxilə deyirik, daxilə deyilməli olan sözü isə, xaricə deyirik. Soyqırımı daxildə kimlərə təbliğ edirik ki? Elə addım atılmalıdır ki, səsimizi özümüz yox, xarici ölkələr eşitsin. Tutaq ki, oranı muzey elədik, bizim Türkiyədəki kimi güllələnmiş adamların skeletləri, eksponatlar varmı? Quru sənədləri kitabda da vermək olar, bunun üçün muzey açmağa ehtiyac yoxdur. Eksponatlar varsa, bunu Azərbaycan tarixi muzeyində göstərmək lazımdır, əgər varsa. Yoxdursa, quru sənədləri nümayiş etidmrək üçün buna nə gərək var?”

 

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?