İki partiya sədri arasında görüş olub
20 dekabr, 2020 15:57
Bu gün Azərbaycan Sosialist Partiyasının (ASP) sədri Elşən Həsənovla yeni fəaliyyətə başlayan Böyük Dayaq Partiyası (BDP) Təşkilat Komitəsinin rəhbəri Mirkazım Seyidov arasında görüş olub.
Görüşdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, siyasi partiyalarla hakimiyyət arasındakı dialoq və bundan doğan bəzi addımlar, qarşılıqlı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.