“Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər?” - professor Adil Qeybulla

07 avqust, 2020 17:39

Bir neçə gün əvvəl koronavirus pandemiyası ilə mübarizə üçün Çindən Bakıya 10 nəfərlik tibbi ekspert gətirilib. Onlar özləri ilə birgə bəzi tibbi cihaz, avadanlıqlar da gətiriblər və avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayıblar. 

Məsələyə münasibət bildirən professor Adil Qeybulla isə bunu koronavirusla mübarizədə dünyasını dəyişən 30 həkimimizin ruhuna sayğısızlıq kimi qiymətləndirib. 

Azsiyasət.com saytı yenisabah.az-a istinadən xəbər verir ki, professor Adil Qeybulla bizdə öz həkimlərimizə lazımi qədər maaş verilmədiyini, onların sosial müdafiəsinin möhkəmləndirilmədiyini, lakin xaricdən həkim gətirildiyini bildirib:

“Bu da doğru addım deyil. Biz ümumiyyətlə, məsələ qaldırmışıq ki, xaricdən həkim gətirilməyə nə lüzum var? Bu, əsaslandırılmalıdır. Biz ön cəbhədə bu infeksiya ilə mübarizə aparan həkimlərə xüsusi diqqət göstərmirik. Dünyasını dəyişən həkimlərlə bağlı qərar qəbul etmirik, ancaq Kubadan, Çindən həkim gətiririk. Əvvəla, Kuba sovetlərin şinelindən çıxmış bir dövlətdir. Orada nə səhiyyə var ki, biz oradan həkim gətiririk? Bu işi sadəcə düzgün təşkil etmək lazımdır. Kənardan həkim gətirmələrin altında xeyli müəmmalar yatır. Mənim dediyim sözlər tibb ictimaiyyətinin etirazıdır. Bunları mən eşidirəm, görürəm. Bizim öz həkimlərimizə normal vəsait ayrılmalıdır. Biz öz resurslarımızdan istifadə eləməmiş, özümüzə dəyər verməmiş niyə kənardan həkim gətiririk? Bu, nə məqsəd güdür?”. 

Həkim vurğulayıb ki, bizim bəzi həkimlərimiz bəzən bir ay evə getməyib, 8 saat bir formada qalaraq xəstələrə baxıblar. 8 saat müdafiə kostyumunda qaldıqları üçün özləri virusa yoluxublar: “8 saat müdafiə kostyumunda qalmaq olmaz. Çünki Mülki Müdafiənin öz qaydaları var. 3-4 saat formada qalmaq mümkündür. 8 saat qaldıqlarına görə həkimlərin böyük əksəriyyəti xəstələndi, hətta dünyasını dəyişənlər oldu. Biz çox dəyərli tibb işçilərimizi itirdik. Bütün bunların hamısı işin düzgün təşkil olunmaması ilə əlaqəlidir. Hansı ölkədə 5 ay karantin olub? Hər şey nəticəsinə görə mühakimə olunur. Bizdə bu işi təşkil edə bilmədilər. İş başlı-başına buraxıldı. Sonda da belə ağır nəticələr oldu”. 

Adil Qeybulla hesab edir ki, biz dünyanın getdiyi yolla getməliyik:

“Bizim Amerika kəşf etməyə ixtiyarımız yoxdur. Çünki ona nə baza, nə potensial var. Azərbaycanda kifayət qədər həkim var, resurslardan istifadə etmək olar. Necə olur ki, xaricdən gətirilən həkimlərə 8-10 min dollar maaş verilir, amma yerli həkimlərə manatla onun yarısı verilmir?! Bu, biabrçılıqdır. Bu, onu göstərir ki, burada qara və təmənnalı maraqlar yatır”. 

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?