"QHT Şurasının fəaliyyəti ciddi araşdırılmalıdır", "Ölkəmizdə Rusiyaya və Ermənistana xidmət edən həddindən çox məmur var" - Sərdar Cəlaloğlu - MÜSAHİBƏ

19 avqust, 2020 12:45

Azsiyasət.com saytı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bəzi məsələlər ətrafında qısa söhbət aparıb. Partiya sədrinə ünvanlanan sualları və onun cavablarını təqdim edirik:  

- Minskdə baş verən hadisələrdən sonra Azərbaycanla Belarus müqayisə olunur. Bildirilir ki, Azərbaycan və Belarus Rusiya, eləcə də, Qərb dövlətləri ilə eyni cür siyasət aparır. Hətta Belarusda baş verən hadisələrin Azərbaycanda da baş verə biləcəyindən danışırlar. Siz necə düşünürsünüz?

- Yanlış müqayisədir, niyəsini deyim. Belarusda 30 ildir heç bir hakimiyyət dəyişikliyi olmayıb, bu illər ərzində Belarusda eyni bir adam prezidentdir. Azərbaycana isə bu illər ərzində 3 prezident rəhbərlik edib, İlham Əliyev də hazırda 4-cü prezidentdir. İkincisi, Azərbaycan tarazlaşdırma siyasəti aparır, yəni Rusiyanın təsir dairəsində nə qədər qalırsa, ona ekvivalent olaraq, Türkiyə və ABŞ-la da əməkdaşlıq edir. Belarus uzun müddət Qərbin əleyhinə dayanmışdı. Belarusda baş verən hadisələr Rusiyanın siyasi imkanları və və maliyyə dəstəyi ilə həyata keçirilir. Belarusda seçkini udan namzəd Svetlana Tixanovskaya gedib Litvada oturub, xalqa da deyir ki, küçələrə çıxmayın, özünüzü pis etməyin. Xalqın 90%-nin səsini alan bir adamın çıxışan qulaq asdım, anlaya bilmədim ki, bu adam seçkilrdə necə iştirak edib.

- Lukaşenko gedəcəkmi?

- Rusiyanın maraqlarını təmin edəcəyi təqdirdə Lukaşenko hakimiyyətdə qalacaq. Əgər Rusiya bir az da təzyiq eləsə, Belarusdakı hadisələr Ukrayna variantı üzrə inkişaf edəcək. Rusiya Belarusu hərbi müdaxilə ilə işğal edəcək, orada vətəndaş qarşıdurması yaradacaq. Dünən mətbuatda Rusiya hərbi maşınlarının Belarus ərazisinə keçməsi ilə bağlı məlumatlar da yayılmışdı. Lukaşenko Belarusda baş verən hadisələri nəzarətə almaq üçün Rusiyadan dəstək xahiş edib. Faktiki olaraq Rusiyanın intervensiyası var. Lukaşenko seçkilərdən öncə Rusiyadan uzaqlaşma yolu tutmuşdu. Amma Putin orada hadisələri elə qurub ki, Lukaşenko onun bütün şərtlərini yerinə yetirməyə məcbur olacaq.

ADP sədri S.Cəlaloğlu QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı ünvanladığımız sualı da cavablandırıb:

- QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti, lpul ayrılan layihələr ciddi şəkildə araşdırılmalıdır ki, ayrılan pulların hara və necə xərcləndiyi məlum olsun. Layihələrə ayrılan pullar nəzərdə tutulan məsələlərin ekvivalenti kimi çıxış edirmi? Bütün bunlar araşdırılmalıdır. Şura ayrılan pulların icrasına nəzarət etməlidir. Sadəcə pul ayırmaqla vəzifə bitmir. Həm də görülən işlərə ciddi nəzarət etmək lazımdır. Hesab edirəm ki, dövlət bu istiqamətdə bir proqram tutmalıdır, həmin proqram çərçivəsində bu iş həyata keçirilməlidir. Bütün layihələr vahid proqram çərçivəsində reallaşdırılmalıdır. Dostlarımızın, düşmənlərimizin xalqa və dünyaya tanıdılması ilə bağlı ciddi işlər görmək lazımdır. Yoxsa hansısa layihəni gedib orta məktəbdə icra eləmək nəyə laızmdır? Lap gedib günlərlə oturaq o məktəbdə, nə xeyiri var!? Dövlətin proqramı üzrə pul ayrılmalıdır. Özümün vətənim haqqında məlumatım yoxdursa, mən vətənpərvərliklə bağlı necə təbliğat apara bilərəm?

S.Cəlaloğlu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun həbsinə də münasibt bildirib:

- Azərbaycan müharibə şəraitindədir. Ölkəmizdə Rusiyaya və Ermənistana xidmət edən həddindən çox məmur var. Xarici İşlər Nazirliyinin tərkibində Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlığa cəlb olunan  adamlar var. Buna görə də, ölkədə həyata keçirilən həbslərə həssas yanaşmalıyıq. Son vaxtlar həbs olunan şəxslərin hansı ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstək olub? Serbiya Ermənistana silah verdi. Bütün bunlar göstərir ki, həbslərin arxasında ciddi dövlət və xalqımızın taleyi ilə bağlı məsələlər durur. Tələsmək lazım deyil. Eldar Həsənov Baş prokurur olub, özünü müdafiə eləmək qabiliyyətinə malikdir. Hüquq-mühafiqə orqanlarında da onun tərəfdarları var. Əgər Baş prokuror işləmiş bir şəxs özünü həbsdən müdafiə edə bilməyəcəksə, deməli, o vaxtilə Baş prokuror kimi də öz vəzifələrini yerinə layiqincə yetirə bilməyib.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib