"Xalqa zülm edib onu bir tikə çörəyə möhtac qoyan klan başçıları ilə vidalaşmağın zamanı çatıb" - Qüdrət Həsənquliyev

29 avqust, 2020 15:24

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, ölkədə nə baş verir?

- İqtidar fərqindədir ki, həm bir çox şeylər qaydasınada deyil, həm də cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşdirilməlidir. Əgər illər öncə cəmiyyətdə sabitliyi təmin etmək üçün hansısa klanlarla hesablaşmaq lazım idisə, indi tam əksinə, cəmiyyətdə sabitliyi təmin edib ölkəni inkişafın yeni mərhələsinə keçirmək üçün klanları zərərsizləşdirmək lazımdır. Bu, həm də Qarabağın azadlığı uçün müharibəyə başlamaq baxımından zəruridir. Böyük siyasi və iqtisadi iddiaları olan klanları zərərsizləşdirmədən müharibəyə başlamaq çox riskli olardı. Xalqa zülm edib onu bir tikə çörəyə möhtac etməklə ev-eşiyindən didərgin salan, gerizəkalı və qəddar klan başçıları ilə vidalaşmağın zamanı çatıb. Prezident də bu istiqamətdə fəaliyyət göstərir.

- Klanların müqaviməti dövlətimiz üçün hansısa təhlükələr yarada bilərmi?

- Müəyyən problemlər yarada bilərlər. Çünki həm ayrı-ayrı dövlətlərə bağlıdırlar, həm də hakimiyyət daxilində ciddi kadr və maliyyə resurslarına malikdirlər. Amma hakimiyyət qətiyyətli və öz fəaliyyətində ardıcıl olub, həmçinin milli-demokratik qüvvələrlə sıx əməkdaşlıq edərsə, ölkəni böyük təlatümlərsiz yeni bir dövrə keçirmək mümkün olacaq. Ona görə ki, xalqımız sabitlik şəraitində dəyişiklik, iş, yüksək maaş, qanunların aliliyinin təmin olunmasını, ən başlıcası, Qarabağın azadlığını istəyir.

- Qüdrət bəy, "bir sifətli müxalifət" adlandırılanlar həmin klanlara pozuculuq fəaliyyətlərində dəstək verə bilərlərmi?...

- Əlbəttə, dəstək verə bilərlər. Müstəqillikdən danışıb Rüstəm İbrahimbəyova dəstək verməklərini, Qərbyönümlü siyasətçi olduqlarını bəyan edib, Azərbaycanın xarici siyasətinin referendumla müəyyən olunacağını elan etmələri məgər yaddan çıxıb? Əqidəli insanlar öz mövqelərini ortaya qoyub xalqdan səs istəyirlər. Onlar sübut etdilər ki, hakimiyyət naminə şeytanla da əməkdaşlığa hazırdırlar. Amma onların dəstəyindən nə çıxar ki? Müstəqillik illərində biz korrupsiyaya görə həbsə atılan nazirin vaxtilə ağır formada təhqir etdiyi insanlardan üzr istəməsini, bağışlanmasını diləməsini görmüşük. Zamanında təhqir olunanlar hakimiyyət naminə bunu qəbul etsələr də, xalqımız hər iki tərəfin bunu qeyri-səmimi etdiyinə əmin olduğundan nə təhqir edəni, nə də təhqir edəni bağışlayanı əfv etmədi. Xalq əmindir ki, elə ilk imkanda azacıq maraqları toqquşan kimi tərəflər bir-birini yenidən nəinki daha ağır formada təhqir edəcək, hətta bir-birinin ətini yeyəcəkdir. Ona görə də zamanla əzib, ən pis formada alçaltdıqlarına "bir sifətli müxalifət" deyib pişiklənməyin xeyiri yoxdur.

- Bəs onda sizin təbirinizcə desək, niyə pişiklənirlər?

- Bilirsiniz, həmin düşərgənin başçısı Əli Kərimli cəsarətsiz və prosesləri düzgün təhlil etmək imkanlarına malik olmadığına görə heç vaxt ciddi hadisələrə (son hadisələr, Belarusdakı hadisələr də daxil) zamanında münasibət bildirmir. Baxmayaraq başqa əhəmiyyətsiz məsələlər barədə dil boğaza qoymur. Gözləyir ki, mühüm hadisələr tam aydınlaşsın, sonra danışsın. Həm də bunu təkcə mən yox, onun bəzi tərəfdarları da artıq deyir. Amma xalqdan əfv diləmək əvəzinə Ə.Kərimlinin susqunluğunu dolayısı ilə dəstək kimi qiymətləndirib "suda batan saman çöpündən yapışan kimi" Əli Kərimliyə pişiklənməklə daha ciddi dəstək alacaqlarına ümid edirlər.

moderator.az

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?