“Bu statusu Arif Hacılıya yazdırıblar, Bəxtiyar Hacıyevə isə...” - ŞOK İTTİHAMLAR

08 sentyabr, 2020 00:18

“Bəxtiyar Hacıyevə bir iş versəydilər, onun bizdən, bizim də ondan canımız qurtarardı”

Azsiyasət.com xəbər verir ki, teleqraf.com Respublikaçı Alternativ Partiyasının (ReAl) sədr müavini Natiq Cəfərli ilə son günlər bu partiyaya qarşı irəli sürülən ittiham və tənqidləri müzakirə edib.

Müsahibəni təqdim edirİk: 

- Natiq bəy, son günlər Respublikaçı Alternativ Partiyasına qarşı ciddi tənqid və ittihamlar səsləndirilir. Ortaya çıxan ittihamların nədən qaynaqlandığını özünüz üçün müəyyən edə bilmisinizmi?

- Bu, əslində yeni tendensiya deyil. ReAl yarandığı gündən bu cür hücumlarla üz-üzədir. Sadəcə olaraq indi məntiqsizlik üst həddə çatıb. Gah deyirlər ReAl kiçik və maraqsız qrupdur, sonra da gecə-gündüz zoom konfranslarından tutmuş sosial şəbəkələrə qədər partiyamızı müzakirə edirlər. Bu da məntiqsizlikdir. Yaxşı, biz zəif və maraqsızıqsa, kiçik qrupuqsa, niyə bizi müzakirə edirsiniz? Bəzi insanlar arzulayırlar ki, ölkədə hər şey ağ və qara rəngdə olsun, başqa rənglər görəndə narahat olurlar. Çünki həm iqtidarın, həm də müxalifətin səhvi nəticəsində ölkədə siyasət uzun müddət düşmənçilik səhnəsinə çevrilib. Qabda ideyalar, təkliflər və tezislər olmayanda əvəzini söyüşlər, təhqirlər və digər ucuz şoular tutur. Odur ki, indi müşahidə olunan qısqanclıq əslində ReAl-ın yarandığı 2010-cu ildən gündəmdə olub.

Artıq bizdə buna qarşı immunitet də yaranıb. Bəzən bu hücumların bir mərkəzdən idarə olunduğu hiss ediləndə cavab verməyə də adam özünə sığışdırmır. Qəribədir ki, son zamanlar Ramiz Mehdiyev də həqiqi müxalifət “möhürünü” əlinə alaraq möhür vurur, bəziləri də özlərində belə güc taparaq müxalifətdə kimin gerçək, kimin yalançı müxalifət olduğuna qərar verirlər. Digər qəribə hal odur ki, bu gün ReAl-ın qeydiyyata alınmasını 25 ildir qeydiyyatı olan təşkilatlar tənqid edir. Onların şikəst məntiqinə görə, partiya qeydiyyatı satılmaq və hakimiyyətlə əməkdaşlıqdırsa, deməli onlar 25 ildir satılıb. Bu nə şikəst məntiqdir?

- Konkret nəyə görə ReAl-ı satılmaqda ittiham edirlər?

- Məncə, qısqanclıqdan doğur. ReAl yeni nəfəs, istiqamət gətirib, yarandığı gündən ölkədə yeni situasiyanın yaranmasına çalışıb. Azərbaycanda 30 ildir eyni siyasi konfiqurasiya var. Biz isə fərqli üslub və çözüm yolları göstəririk. Bu da qıcıq yaradır və siyasi səhnədə RaAl-ı ağ qarğaya çevirir. Çünki bizim təkliflərimiz, viziyonumuz tam fərqlidir.

Biz siyasət meydanına ideyaların, fikirlərin, ideologiyaların savaşı kimi baxırıq. Daha siyasətçilərin bir-birini təhqir etməsi kimi yox... Bəsit insanlar bunu fərqləndirə bilmir və ReAL-ı rəqib görürlər. İqtidar da, müxalifət də ReAl-ı özünə rəqib kimi görür. Odur ki, hücumlar var.

- AXCP ilə sizin münasibətləriniz bəllidir. Daim sosial şəbəkələrdə bir-birinizə qarşı yazırsınız, bir çox halda təhqirlər də olur. Bəs Müsavat Partiyası ilə ReAl hansı uğuru bölüşə bilmir?

- Bəli, əvvəl AXCP ilə siz dediyiniz situasiya müşahidə edilirdi. Əvvəl yazırdıq, indi onları ciddiyə almırıq.

Müsavatla bizim problemimiz olmayıb. Məncə, burada psixoloji məsələ var. Müsavatın rəhbəri Arif Hacılı görür ki, artıq Müsavat müzakirə mövzusu deyil. Ölkədə pis-yaxşı ReAl, Tofiq Yaqublu müzakirə edilir. O Tofiq bəyi ki Müsavat İdarə Heyətinə seçilməsinə imkan vermədi, indisə qeyri-səmimi olaraq onu müdafiə edir. Və ya AXCP-dən olan insanların həbsi müzakirə edilir, əvəzində Müsavat tam kənardadır. Bu halda Müsavatı yada salmağın çox qeyri-adekvat bir yolunu tapırlar və ciddi izah vermədən Müsavat rəhbərliyi ReAl-a çamur atır və gündəmə gəlir.

Ona qalsa mən deyə bilərəm ki, Arif Hacılının yazdığı statusu iqtidar daxilindən kimsə ona yazdırıb. Belə danışmağım xoşuna gələrmi? Təbii ki, gəlməz. Onda söz deyirsənsə və ciddi adamsansa, bu halda sözünü sübuta yetirməlisən. Əgər dediyin sözün əsasında qeydiyyat məsələsi durursa, Müsavat 27 ildir qeydiyyatdan keçib. 27 ildə 27 dəfə Müsavatın qeydiyyatı ləğv edilə bilərdi. Hakimiyyət qeydiyyatı ləğv etməyibsə, bu, sizin satılmağınıza dəlalət edir? Belə şikəst məntiqdən, ağ-qara siyasətdən Azərbaycan xilas olmalıdır.

- Siyasi partiyalar arasında mübarizə, bəzən qara piar aparılması əksər ölkələrdə baş verir və anlaşılandır. Çünki siyasi maraq, rəqabət var. Bəs vaxtı ilə ReAl düşərgəsində olan şəxslərin indi sizi ittiham etməsi haqda nə deyə bilərsiniz?

- Burada da müxtəlif fikirlər və insanlar var. Bizi səmimi tənqid edən, işimizi yaxşı qurmağa çalışan insanlar var və onlara təşəkkür edirəm. Onları dəvət edirəm ki, kənardan tənqid etməyi buraxıb gəlsinlər, birlikdə davam edək. Çünki tənqid etmək asandır. Bir qrup insan var ki, onlar haqqında ümumiyyətlə danışmaq istəmirəm. Ona qalsa parlamentdə Əli Kərimlinin bir neçə müavini oturub. Onlar da AXCP-dən çıxıblar və partiyalarını tənqid ediblər.

Belə şeylər Azərbaycanda olur. Həmçinin səmimi dostlarımız var ki, müxtəlif səbəblərdən, habelə xarici ölkələrdə olduqlarından ReAl-dan uzaq düşüblər. Sözsüz ki, İlqar Məmmədov həbsdə olduğu zaman ReAl daxilində gedən söhbətlərə görə inciyənlər, küsənlər də olub. Buna da normal yanaşıram və onları tam olaraq ReAl-dan qopmuş insanlar saymıram. Günün birində yenidən bir yerdə olacağıq. Çünki bu adamların özlərini ifadə edəcəyi başqa yer yoxdur. Elələri də var ki, şəxsi münasibətlərə görə, qərəzlidir və əlaqələri də buna görə pozublar. Yəni şəxsi münasibətlə siyasi münasibətləri bir-birindən ayırmağı bacarmaq lazımdır.

- Sonuncu cümlələriniz Altay Göyüşova ünvanlanıb?

- Altay müəllim bir ildən çoxdur ölkədə deyil, siyasi proseslərdən qopub, onun şəxsi münasibətlərdə zamanında problemlər yaranıb, ReAl-ın partiyaya çevrilməsinə etirazlar edirdi. Azər Qasımlı ilə də ciddi mübahisələri oldu və Altay bəy ReAl-ı tərk etdi. Belə şeylər olur. Amma Altay bəyin dili və üslubu incidici olsa da, tənqidlərin də səmimi olduğuna inanıram. Ona da iradımı bildirmişəm. Telefonla da danışığımız olub.

- Səmimi saydığınız Altay Göyüşovla sədriniz İlqar Məmmədov bir müddət əvvəl sosial şəbəkələrdə az qala bir-birini təhqir edirdi...

- Bəli, bəli. Ona görə deyirəm ki, şəxsi münasibətlərlə siyasi münasibətləri bir-birindən ayırmaq lazımdır. Əgər ideologiya, atılan addımlar, siyasi sənədlərlə bağlı iradlar varsa, oturub müzakirə edək. Amma şəxsi münasibətləri siyasi müstəviyə daşımaq doğru deyil.

- Siyasi fəal Bəxtiyar Hacıyevin sizləri “topa” tutmasının səbəbi nədir?

- Bəxtiyar Hacıyevə bir iş versəydilər, onun bizdən, bizimdə ondan canımız qurtarardı. Daha nə deyim?

- Bəxtiyar Hacıyev sizdən iş istəyir, yoxsa sizi tənqid etməklə iş istəyir?

- Bizdən yox.

- Bəs kimdən istəyir?

- Özü ifadə edib ki, CV göndərib, amma cavab verməyiblər. Deputat seçilməsinə imkan verilməyib. Ona görə də bir az aqressivləşib. Bəxtiyar Hacıyev insan kimi çox yaxşıdır. Sadəcə özünü realizə etməyin zamanı olsa da, bunu edə bilmir. 40 yaxşı var, subaydır, ev, ailə-uşaq yox, iş-güc yox. O boyda da universitet bitirib. Aqressiv reaksiyaları normaldır. Zamanında bu iqtidarı dəstəkləyənlərdən biri idi. Zaman-zaman hamıya qarşı şəxsi küsəyənliyindən doğan hücumları olur. Buna normal baxmaq lazımdır.

Oturub özləri bir yol göstərsinlər, təşkilat qursunlar, iş görsünlər, ondan sonra başqalarını tənqid edib yol göstərsinlər. Kənardan kompüter arxasında oturub kofe içərək hər kəsə söz atmaq dünyanın ən asan işidir. Bizim gördüyümüz işi bəyənmirsə, önə çıxsın, təşkilat qursun, iş aparsın. Bizdə kənardan deyək ki, Bəxtiyara halal olsun. İş görənlərə pəl vurmaqdansa, işləri ilə nələrisə sübut etsinlər, biz də deyək afərin.

- Söhbət kofedən düşmüşkən, doğurdanmı ReAl-ı tənqid edənlərə hər dəfə telefon açıb onları kofe içməyə dəvət edirsiniz?

- Bəli, normaldır. Mən münasibətlərin belə olmasını vacib sayıram. Bir daha deyirəm ki, şəxsi münasibətləri siyasi münasibətlərdən ayırmaq lazımdır.

- Niyə bir çox hallarda sizin təklifinizi tənqidçiləriniz qəbul etmirlər...

- Bu, doğru deyil.

- Bəxtiyar Hacıyev qəbul etməyib...

- Dəfələrlə olub gedib insanlarla görüşüb müzakirələr aparmışam. Elə Bəxtiyar Hacıyevin özü ilə də görüşmüşəm. Söhbət edib, kofe də içmişik. Hətta qonaqlıqda da olmuşuq. ReAl-ı tərk edən dəyərli dostlarımız var ki, onlarla da görüşüb çay içərək söhbət edirik, məsləhət də alırıq. Kimsə özünü dağın başına qoymaq istəyirsə, özü bilər.

Bir daha qeyd edirəm ki, ReAl-ı tənqid edə, yıxıb-sürüyə bilərlər. Biz tənqidə açıq təşkilatıq. Amma heç kimin haqqı və ixtiyarı yoxdur ki, bizim səmimiyyətimizi və niyyətimizi sorğulasın. Kim ixtiyar verib ki, Azərbaycanda müxalifətin əsl və qeyri-əsl olmasını təyin etsinlər? Kim insanlara bu ixtiyarı verib? Bu gücü haradan alırlar?

- İndi deyilənə görə kimin müxalifət olub-olmamasını Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev “təyin” edir...

- Görünür, Ramiz müəllimin bu tərəfdə də tərəfdarları var və onlar da bu möhürü əlinə almağa çalışır. Ramiz Mehdiyev o tərəfdən möhürünü əlinə alıb, başqaları da bu tərəfdən əlinə möhür götürərək əsl müxalifəti axtarır. Allah xeyir eləsin. Sonda bu möhürləri bir-birinin üzünə vurmasalar yaxşıdır.

- Sizin təşkilatı Razi Nurullayevin partiyası ilə eyniləşdirməkdə məqsəd nədir?

- Onu edənlərin ağlına bələd deyiləm. Razi Nurullayev 15 il Əli Kərimlinin müavini olub. Gedib Razi bəyi Əli Kərimlidən soruşub görsünlər ki, necə insandır. Bunun bizə nə aidiyyatı var? Sadəcə eyni gündə onun təşkilatını və ReAl-ı qeydiyyata alıblar. Ancaq bunu biz müəyyən etmirik. Bunu təyin edən Ədliyyə Nazirliyidir. Axı bunun bizimlə nə əlaqəsi var? Ola bilsin ki, qəsdlə belə ediblər ki, söz-söhbət yaransın. Çünki aktiv Feysbuk əhlinin düşüncə tərzinin nə dərədə dayaz olduğunu hakimiyyət yaxşı bilir. Ona görə də, belə məsələləri ortaya atır, bu birilər də xam balıq kimi yemi udurlar. Axı iki təşkilatın eyni gündə dövlət qeydiyyatına alınmasının bizə nə dəxli var? Razi Nurullayevə də uğurlar arzulayırıq.

- Sizin Razi Nurullayevlə yaxın münasibətiniz varmı?

- Həyatda görməmişəm, heç vaxt ünsiyyətim olmayıb. Onu keçmiş sədrindən soruşmaq lazımdır. Razi bəy 15 il Əli Kərimlinin müavini olub. Məncə, Əli Kərimli onu daha yaxşı tanıyar.

- İddia var ki, Erkin Qədirli ilə Razi Nurullayev parlamentdə dostluq edir, yanaşı əyləşirlər. Atalar sözü var, od olmasa, tüstü çıxmaz. Bu barədə məlumatınız varmı?

- Dost nədir, onları bir yerdə otuzdurublar. Bəyəm Erkin Qədirli kinoteatra bilet alırdı ki, onu dəyişdirsin? Parlamentdə səsverməyə uyğun olaraq hər deputata yer müəyyən edirlər. Bunu da Milli Məclisin aparatı həyata keçirir. Bunun axı bizə nə aiddiyyatı var? Bizi ancaq gördüyümüz işə, səsləndirdiyimiz bəyanatlara görə sorğulamaq olar. Kimsə nə iş görürsə, bunu bizə niyə bağlamaq istəyirlər, anlamıram. Bu fikirləri yayanlar əslində absurd mövqe ortaya qoyurlar.

Ədliyyə Nazirliyi saat 13:00-da İlqar Məmmədovu nazirliyə dəvət edib, partiyanın qeydiyyat şahadətnaməsini ona təqdim ediblər, saat 14:00-da isə Razi bəyi dəvət ediblər. Biz seçmişik həmin günü? Bunu gündəmə gətirənlərin səviyyəsini ölçmək lazımdır.

16 sentyabr

16:03 - Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi - FOTOLAR15:30 - "Veysəloğlu"nun ali təhsilə dəstək layihələrindən 150 şəxs faydalanır15:26 - Kritik həddə çatan problemli kreditlər - Banklar depozit faizlərini artırdı15:24 - Azərbaycan Rusiyaya nota verdi

13 sentyabr

10:21 - Qərblə Rusiya arasında müharibə başlayır? - Putindən xəbərdarlıq10:16 - Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - SİYAHI

06 sentyabr

11:09 - Ermənistanda rus dili davası - Tədris sistemindən çıxarılır 11:07 - Bu ərazilər də Azərbaycana qaytarılacaq...11:04 - Azərbaycanın düşməni İrəvana gəlir

04 sentyabr

11:39 - Monqolustan hökuməti - "Əllərimiz bağlıdır"11:35 - Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil verildi11:32 - Misirin prezidenti Türkiyəyə gəlir - 12 il sonra

03 sentyabr

12:05 - 4300 Qarabağ ermənisi vətəndaşlıq üçün müraciət etdi12:00 - Rusiyada bu ölkələrin şirkətləri milyardlar qazanır - SİYAHI11:48 - Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir

02 sentyabr

12:59 - "NATO qorxsa da, rus raketlərini vurmalıyıq!" - Polşa müharibəni alovlandırmaqda maraqlıdır12:55 - Almaniyada müsəlmanların deportasiya olunmasına çağırış edilir12:49 - "Ukraynaya Krımı və Donbası Xruşşov verib" - Putin

30 avqust

18:34 - Ermənistan silahlanır, Azərbaycan Ordusu hazır olmalıdır18:31 - Mehdiyevin qızına məxsus binanı alan yoxdur - Qiyməti 2,5 milyon aşağı salındı18:29 - "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi həbs edildi15:22 - "Ermənistan vaxtı qəsdən uzadır, yeni silahlar alır" -İlham Əliyev15:17 - Qarabağ Dirçəliş Fondu 95 min manata royal alır15:08 - Rəbiyyət Aslanova 4 otaqlı mənzili hansı qanunsuz üsullarla və necə ələ keçirib? - FİLM kimi hadisə

28 avqust

12:33 - General Rəfail Mehdiyev həbs edilə bilər - Milyonlarla vəsait yoxa çıxıb12:07 - "Qışqırıqlara baxmayın, Bakı ilə əlaqələri..." - Rusiyalı iqtisadçı ekspert12:05 - Almaniyada Bundestaq seçkiləri olacaq - Azərbaycanlılar kimi dəstəkləyir?12:03 - Makron Durova "Telegram"ın qərargahını Parisə köçürməyi təklif edibmiş - "The Wall Street"

26 avqust

11:00 - Dəhlizlə bağlı son durum - Rusiya bu şərtlərlə açılmasını istəyir10:57 - Ukraynanın bütün böyük şəhərləri partladıldı - SİYAHI