“Siyasətə qarışmayacaqsa, parlamentdə nə işi var?” - Deputatın qalmaqallı fikirlərinə reaksiyalar

21 sentyabr, 2020 14:42

Bir neçə gün öncə deputat Jalə Əhmədovanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Millət vəkilinin “Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam” fikri birmənalı qarşılanmayıb və sərt tənqid olunub.

Azsiyasət.com qafqazinfo.az-a istinadən xəbər verir ki, xanım deputatın qalmaqallı açıqlaması ilə bağlı ictimai şəxslər fikirlərini bildiriblər: 

Millət vəkili Fazil Mustafa bildirib ki, deputatın işi elə siyasətlə məşğul olmaqdır.

“Deputatın funksiyası siyasi funksiyadır. Beynəlxalq təşkilatlarda təmsil olunursan. O halda da konkret siyasətin içində olursan. Siyasətdən kənar qalmaq da olar. Deputat xalq tərəfindən seçilir. Ona görə də xalqa xidmət etməlidir. Bu kateqoriyaya daxil olan deputatlar seçiciyə xidmət və qanunverciliklə məşğul olurlar. Məsələn, YAP partiyasının üzvüdürsə, o zaman siyasətlə məşğul olmalıdır. Bu baxımdan deputat fəaliyyəti ixtisaslaşmış fəaliyyətlə yanaşı, həm də siyasi fəaliyyətdir”.

Deputat əlavə edib ki, ola bilsin ki, Jalə xanımın dediyi fikir konteksdən çıxarılıb:

“Başqa söz bəlkə deyib. Bu haqda deyə bilmərəm. Amma deputatın fəaliyyətinin əsas mövzusu siyasət olmalıdır”. 

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Jalə Əhmədovanın fikri keçmiş spikerlərin "bura siyasət meydanı deyil" açıqlamasını xatırladır:

“Bu, gülməli fikirdir. Deputat elə parlamentdə danışmalıdır. Əgər siyasətə qarışmayacaqlarsa, o zaman onların parlamentdə nə işləri var? Prosesləri izləməlisən, xarici-daxili siyasi vəziyyətə münasibətin olmalıdır. Mənə maraqlıdır ki, siyasətə qarışmayacaqsa, niyə deputat olub? Parlamentin yeni üzvü təcrübəsiz ola bilər. O, fərqli cavab verməli idi. Deyə bilərdi ki, hələ təcrübə toplamalıyam. Mən açığı deyim ki, yeni parlamentdə çoxunu tanımıram. Aktiv deyillər, eləcə də yeni başladığına görə də ola bilər. Pandemiya dövrü fəaliyyətdə passivlik yaratdı. Keçmiş parlamentdə təmsil olunanlardan hamısının şəklini masamın üzərinə qoysaydılar, uzağı 25-ni tanıya bilərdim. Çünki müzakirələrdə danışmırdılar, açıqlamalar vermirdilər. Parlament dəyişildi ki, millət vəkilləri aktiv olsun. Yeni gələn də deyirsə, mən siyasətdən uzağam, o zaman yeni parlament də köhnədən fərqlənməyəcək”.

REAL-ın Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərliyə görə, deputatın işi siyasətçi olmaqdır, işi də siyasətdir:

“Jalə xanım ola bilsin özü seçilməyib. Çünki siyasətlə məşğul olmadan deputat seçilmək olmur. Öz yığdığı səslərin hesabına deputat olsaydı, ona görə də siyasətlə məşğul olacaqdı. İnsanların probleminin həll olunması belə siyasətdən keçir. Siyasət faktoru geniş anlayışdır. Bizim deputatlar sadə məntiqləri anlamırlarsa, deputat seçilmələri sual altına düşür. Deməli, onlar seçilib yox, təyin olunublar”. 

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?