“Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi” - Prezidentin köməkçisi

23 sentyabr, 2020 17:52

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev report.az-ın suallarını cavablandırıb.

Azsiyasət.com həmin müsahibəni təqdim edir: 

- Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan Ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Bu barədə nə deyərdiniz?

- Azərbaycan Ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu.

Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir.

Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi.

Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək.

- Sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması barədə bəzi spekulativ fikirlər səslənir. Hətta bunu səfərbərlik kimi qələmə verənlər də vardır. Bunu necə şərh edərdiniz?

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması qanunda nəzərdə tutulmuş və müntəzəm əsasda həyata keçirilən tədbirdir. Bunun səfərbərlik adlandırılması tamamilə yanlışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətlə tam şəkildə komplektləşdirilmişdir. Xüsusi səfərbərlik tədbirlərinə ehtiyac belə yoxdur. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq və bacarıqlarının yoxlanılması, onların hazırlıq səviyyəsinin daim artırılması dünyanın əksər ölkələrində də geniş tətbiq olunan praktikadır. Müqayisə üçün qeyd edək ki, İsveçrə, İsrail, Skandinaviya ölkələrində bu sahədə çox tələbkar sistem mövcuddur.

 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hərbi toplanış tədbirləri həyata keçirilir ki, buna başqa bir don geyindirmək və ya cəmiyyətdə təşviş yaratmaq tamamilə əsassızdır. Ermənistan xüsusi xidmət orqanlarının kiber diversant qruplarının azərbaycanlı adını daşıyan saxta sosial media ünvanları vasitəsilə bu kimi təxribatçı mövzuları yayması da istisna edilməməlidir.  

Ordu və Əsgər müqəddəs mövzudur. Bu mövzuda yazan, sosial mediada paylaşım edən hər bir şəxs öz vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməlidir.

- Bu günlərdə xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə məlumatlar verilmişdir. Bu barədə nə deyərdiniz?

- Birmənalı şəkildə qeyd etmək istərdim ki, bu yalan və saxta məlumatdır. Bu məlumatın arxasında Ermənistanın xüsusi xidmət orqanları durur. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətlə tam komplektləşdirilmişdir. Ordumuzun yüksək döyüş hazırlığı vardır və Ermənistanın hər bir təxribatının qarşısını almağa qadirdir. Muzdlulara və terrorçulara ehtiyac olan məhz Ermənistan ordusudur. 90-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə etmişdir. Xocalı soyqırımının törədilməsində iştirak etmiş və muzdlu terrorçulardan ibarət Arabo və Aramo terrorçu dəstələrinin Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət etməsi faktdır. İndi də Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Ermənistan tərəfi Yaxın Şərqdə digər istiqamət üzrə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır.

Ona görə də bu xəbərlər növbəti saxta məlumatlardan başqa bir şey deyildir.

- Sosial şəbəkələrdə yayılan saxta məlumatlara və bu kimi manipulativ fəaliyyətlərə qarşı mübarizəni necə görürsünüz?

- Ümumiyyətlə, ölkəmizin sosial şəbəkə seqmentində bəzi davranış və ifadə tərzi, qeyri-peşəkar və məsuliyyətsiz şərhlər, saxta və yalan məlumatların yayılması tezliyi və intensivliyi, ordunun fəaliyyəti haqqında paylaşımlar ciddi narahatlıq doğurur. Birmənalı şəkildə başa düşülməlidir ki, hər hansı fərdin sosial şəbəkələrdə paylaşdığı məlumat və ya xəbər yoxlanılmamış, yanlış, qərəzli və təhrikçi ola bilər. Bəzən iş o həddə çatır ki, peşəkar media araşdırmadan sosial şəbəkədə yayılmış xəbərə istinad edir.  

Qeyd olunanlar sosial şəbəkələrin müsbət tərəflərini inkar etmir. Bu problem bütün dünyada mövcuddur. İlk növbədə ölkə ictimaiyyətində, xüsusilə gənclər arasında sosial şəbəkə maarifləndirilməsinin artırılmasına ehtiyac var. Bu da onlarda sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün intellektual immuniteti artıra bilər.

Sosial şəbəkələri təsis edən böyük şirkətlər də öz məsuliyyətlərini başa düşməli və yalnız müəyyən etdikləri süni intellektin imkanları daxilində bu problemə baxmamalı, sosial şəbəkələrdə cərəyan edən neqativ tendensiyalara qarşı effektiv tənzimləyici mexanizmlər təqdim etməlidirlər.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib