Ya o abidəni yığışdırın, ya da... - İrəvana sərt xəbərdarlıq

09 may, 2023 09:31

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Lider Haber TV kanalının efirində deyib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması və Azərbaycan-Ermənistan sülh prosesinə dəstək istiqamətində bəzi addımlar atıb, amma Ermənistan Yerevanda “Nemezis” əməliyyatı iştirakçılarına abidə qoymaqla bir daha səmimi olmadığını nümayiş etdirib:

“Biz onlara dedik ki, əgər siz bu abidəni yığışdırmasanız, heç bir normallaşdırma olmayacaq, üstəlik biz cavab tədbirləri görəcəyik”.

Çavuşoğlu bir daha Yerevanda belə bir abidənin açılmasını Türkiyə üçün “qeyri-məqbul” adlandırıb.

Rəsmi Yerevan bu abidənin hökumət tərəfindən deyil, bələdiyyənin qərarı ilə qoyulduğunu bildirmişdi.

Türkiyənin xarici işlər naziri bu izahatı qəbul etmədiyini bildirib:

“Biz zəruri mesajlarımızı həm xüsusi nümayəndəmiz, həm də başqa kanallarla çatdırmışıq. Qərarımızdan geri çəkilməyimiz barədə söhbət də gedə bilməz. Biz əlavə tədbirlərin görülməsi üzərində işləyirik və bunları prezidentə təqdim edəcəyik”.

Ermənistanın baş naziri Nikol Paşinyan da bu abidənin qoyulması barədə qərarı səhv adlandırmışdı. Amma o vurğulamışdı ki, abidənin qoyulması barədə qərar Yerevan bələdiyyəsi səviyyəsində qəbul olunub: “Bu qərarı hökumət qəbul etməyib və demokratiyanın qüsurlarından biri də budur ki, hökumət və ya hökumət başçısı hər şeyə və bizim komandamız daxil hamıya nəzarət etmir. Əgər mənim fikrimi bilmək istəyirsinizsə, düzgün qərar qəbul edilməyib və onun həyata keçirilməsi də düzgün olmayıb”.

Baş nazirin sözlərinə görə bu, “Ermənistanda bir çoxlarının çoxlarını satqın hesab etdiyi və xəyanətə görə güllələnmə ilə hədələdiyi” ab-havada baş verib.

Mevlüt Çavuşoğu ötən həftə başqa bir müsahibəsində xatırlatmışdı ki, “Nemezis” əməliyyatı 1920-ci illərdə Türkiyə və Azərbaycan diplomat və vətəndaşlarının öldürülməsi məqsədi güdüb.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"