Dünya ölkələri Rusiya-Ukrayna müharibəsində kimin tərəfini tuturlar?

10 may, 2023 10:57

Dünyanın aparıcı analitik mərkəzlərindən biri olan İqtisadi Kəşfiyyat Qrupu (Economist Intelligence Unit - EIU) Rusiya-Ukrayna müharibəsinin başlamasından ötən son bir ildə dünya ölkələrinin bu müharibə ilə bağlı mövqeyinin necə dəyişdiyini araşdırıb.


"Azsiyaset.com" xəbər verir ki, aparılan araşdırma Rusiyaya dəstək verənlərin sayının yavaş-yavaş artdığını göstərir.
Bildirilir ki, 2022-ci ildə 29 ölkə Rusiyaya meyl edirdisə, indi bu rəqəm 35-ə yüksəlib. Qərbə meyl edən, ya da Rusiyanı fəal şəkildə pisləyən ölkələrin sayı isə 131-dən 122-yə düşüb.
EIU hesab edir ki, bu hal 2022-ci ilin sonlarında bir sıra inkişaf etməkdə olan iqtisadiyyatların daha neytral mövqeyə keçməsi ilə əlaqədardır.
Cənubi Afrika və Uqanda 2022-ci ildə bu mövzuda siyasi cəhətdən neytral olduqları halda, indi Rusiyaya meyilli ölkələr siyahısındadırlar. Bu arada Burkina Faso və Mali əvvəllər Rusiyaya meylli olduqları halda, indi Rusiyanı açıq şəkildə dəstəkləyirlər. Latın Amerikasında Boliviya 2023-cü ilə qədər neytral mövqedən Rusiyayönlü mövqeyə keçib.
Eyni zamanda, neytral ölkələrin sayı 32-dən 35-ə yüksəlib. Əvvəllər Qərbə meyilli bəzi ölkələr, o cümlədən Kolumbiya, Türkiyə və Qətər bu kateqoriyaya daxil olublar. Bu ölkələr hər iki tərəflə əməkdaşlıqdan iqtisadi fayda əldə etməyə çalışır. Banqladeş isə bunun əksinə olaraq neytral mövqedən Qərbə meyilli mövqeyə keçib.
EIU-nun hesabatında göstərilir ki, hazırda dünya üzrə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) 60,1%-i Rusiyaya qarşı olan ölkələrin payına düşür. ÜDM-nin 7,8%-i Qərb meyilli, 12%-i neytral mövqe tutan, 16,8%-i Rusiya meyilli, 3,3%-i isə Rusiyanı dəstəkləyən ölkələrin payına düşüb.
Hazırda dünya əhalisinin 30,7%-i neytral ölklərdə yaşayır. Bundan başqa dünya əhalisinin 27,5%-i Rusiya meyilli, 21%-i Qərb meyilli, 15,2%-i Rusiyaya qarşı olan, 5,6%-i isə Rusiyanı dəstəkləyən ölkələrdə yaşayırlar.
Məlumat üçün bildirək ki, EIU-nun hesabatında Azərbaycan və Ermənistan neytral, Gürcüstan isə Qərbə meyilli ölkə kimi göstərilib. Azərbaycana qonşu olan İran Rusiyanı dəstəkləyən, Qazaxıstan isə Rusiya meyilli ölkə kimi təqdim edilib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"