“Zənnimcə, Ukraynanın heç, ümumiyyətlə, genişmiqyaslı əks-hücum planı yoxdur...”

24 may, 2023 14:35

 

“Düşmənin arxa cəbhəsində destablizasiya yaratmaq özü elə ən ciddi bir taktikadır. Və nəticə verəcək bir taktikadır...”

Aylardır ki, Ukraynanın genişmiqyaslı əks-hücumundan bəhs edilir. Amma bu, hələ də başlanmır. Bəs görəsən, buna mane olan əsas amillər hansılardır?..

Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bunları söyləyib.

“Ukraynanın genişmiqyaslı əks-hücuma başlamamasının səbəblərinə gəldikdə, birincisi,  mənə elə gəlir ki, heç, ümumiyyətlə, Ukrayna hərbi-siyasi komandanlığının belə bir hücum planı yoxdur. Ona görə ki, əks-hücuma keçmək  faktiki olaraq müharibənin miqyasını böyütməkdir. Və indiki resurslarla Ukraynaya bu lazım deyil. Çünki biz görürük ki, Ukraynanın silahlandırılması mərhələli şəkildə gedir: əvvəlcə bir növ silahları verirlər, sonra tanklar, daha sonra raketlər, ardınca təyyarələr... Və genişmiqyaslı əks-hücum yalnız o zaman mümkündür ki, bax, bütün bu silah növləriylə Ukrayna ordusu tam təchiz olunsun. Həmin silahların idarə olunması təlimlər keçirilsin və onların nətisəsi ortaya qoyulsun, bundan sonra da bir əks-hücum, döyüş planı hazırlansın. Amma bunun əlamətləri görünmür. Görünən odur ki, mərhələli şəkildə Ukraynaya silahlar verilir və bu silahların verilməsi də hər dəfə Rusiya ordusu və dövləti üçün müəyyən sürprizlər yaradır”. 

Analitik hesab edir ki, Ukrayna işğalçı ordunu məğlub etmək üçün daha çox üzücü bir müharibə taktikasına üstünlük verir.

“Mənə elə gəlir ki, Ukrayna Rusiyaya qarşı daha çox üzücü bir müharibə taktikası həyata keçirir. Genişmiqyaslı əks-hücum haqda söhbətlər isə bu, çox güman ki, ya dezinformasiyadır, ya da növbəti mərhələ üçün nəzərdə tutulub. Təkrar edirəm ki, əks-hücum üçün Ukrayna bunun üçün zəruri olan bütün silah növləri ilə tam təchiz olunmalı və həmin silahları düzgün idarə etmək üçün müvafiq təlimlər keçirilməlidir. Bu isə mərhələli şəkildə baş verir. Çox güman ki, belə bir əks-hücum kampaniyası gələcəkdə ola bilər. Amma dediyim kimi, heç olmaya da bilər. Çünki faktiki olaraq bu gün müharibə Rusiyanın ərazisinə keçməkdədir. Belə olduğu halda hansısa əks-hücuma ehtiyac varmı? Zənnimcə, yox... Düşmənin arxa cəbhəsində destablizasiya yaratmaq özü elə ən ciddi bir taktikadır. Və nəticə verəcək bir taktikadır. Xülasə, Ukraynanın genişmiqyaslı əks-hücuma başlamamasına səbəb kimi mən bunları görürəm"- deyə ekspert vurğulayıb.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"