Kılıçdaroğlu Azərbaycandan danışdı: “Zəngəzur dəhlizi açılmalıdır”

25 may, 2023 12:50

“Millət İttifaqı”nın Türkiyə prezidentliyinə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu “Babala TV” internet televiziyasında Oğuzhan Uğurun “Mövzular Açıq Mikrofon” proqramının qonağı olub.
Azsiyaset.com xəbər verir ki, CHP sədri verilişdə Azərbaycanla münasibətlərdən də danışıb.
O bildirib ki, prezident seçilsə, səfər edəcəyi ilk ölkələrdən biri Azərbaycan olacaq:
“Prezident olduğumda ilk səfərim dövlət ənənələrinə uyğun olaraq Şimali Kipr Türk Respublikasına, ikincisi də təbii olaraq Azərbaycana olacaq. Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında bir fərq yoxdur. Azərbaycanla olan birliyimiz, dostluğumuz heç bir partiya baxımından fərqli düşünülə bilməz, nə mən, nə də digər partiyalar, bunun altından xüsusilə xətt çəkmək istəyirəm”.
K.Kılıçdaroğlu Zəngəzur dəhlizi məsələsindən də bəhs edib:
“Bizim başlıca hədəfimiz Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, “Mərkəz Türkiyə” layihəsini böyütmək və Türkiyə və türk cümhuriyyətləri arasındakı bağları gücləndirən iqtisadi zəmin yaratmaqdır. Bir də Zəngəzur dəhlizi var, bu dəhlizi açmaq lazımdır. Bu dəhlizin açılması üçün tərəflərin uzlaşması və Türkiyənin qeyd-şərtsiz Azərbaycanı dəstəkləməsi vacibdir. İranla Ermənistan arasındakı birlik bu dəhlizin açılmasını bir az çətin nöqtəyə daşıyır. Əgər Türkiyə öz gücündən istifadə edib dostluğu bölgəyə yayarsa, bu dəhlizin açılmasının həm Türkiyəyə, həm İran və Ermənistana, həm də türk cümhuriyyətlərinə böyük fayda verəcəyini və bu ortaya çıxacaq iqtisadi nəticənin bütün ölkələr tərəfindən paylaşıla biləcəyini izah edə və razı sala bilsə, Türkiyə öz bölgəsində çox güclü olacaq.
Azərbaycana gedib-gələn, həm də bürokrat kimi gedib-gəlmiş, azərbaycanlılarla tez-tez bir araya gələn biri olaraq deyirəm, heç kim narahat olmasın. Təkcə mən yox, bütün siyasi partiyalar olaraq Azərbaycanla bağlı eyni şeyləri düşünürük”, - o əlavə edib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"