"Minlərlə könüllü Kremlin üzərinə getməyə hazırdır" - "The Times"

31 may, 2023 15:38

"Hazırda legion USQ-nin tərkibində döyüşür və onun başlıca vəzifəsi Ukraynanın müdafiəsi və ərazilərinin azad edilməsidir, bundan sonra öz evimizi azad etməyi planlaşdırırıq..."

"Rusiya xalqının əksəriyyəti yalnız gücə hörmət edir və biz onlara bu gücü göstərəcək, qılınc qaldıranların ondan yıxıla biləcəyini anladacağıq..."

"Rusiyaya azadlıq" legionunun Kremlin indiki rejiminə qarşı döyüşmək üçün bölməyə daxil olmağı gözləyən minlərlə namizədi var. Könüllülər Moskvaya hücum üçün kifayət qədər çoxsaylı olanadək sərhəd rayonlarına reydlər həyata keçirəcək.

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat verib, qəzetin jurnalistləri şərti adı "Sezar" olan legionun komandiri ilə ünsiyyətdə olub.

"Bizim ciddi arsenalımız var, buraya minaatanlar, zirehli maşınlar, zenit əleyhinə raket kompleksləri, "Stinger", səyyar tankəleyhinə komplekslər və yüksək effektli kəşfiyyat dronları daxildir", - "Sezar" deyib.

Onun sözlərinə görə, şəxsi heyətin sayına görə (250-dən minədək) tabor səviyyəsindədir. Getdikcə daha çox Rusiya vətəndaşları Putin rejiminə qarşı mübarizə aparmağa qərar verdikcə, legionun sayı artacaq.

"Əsl rus oğul və qızların, əsl vətənpərvərlərin bizə qoşulmaq üçün Rusiya ərazisinin bir parçası meydana çıxanadək biz reydlər keçirəcəyik", - "Sezar" jurnalistlərə deyib.

O, vurğulayıb ki, onun döyüşçülərinin hamısı Rusiya vətəndaşlarıdır. Lakin etiraf edib ki, əvvəllər onlar Ukrayna Silahlı Qüvvələrində (USQ) xidmət ediblər.

"Biz cinayətkarlar bandası, "Vaqner" kimi özəl hərbi şirkət deyilik", - o, qeyd edib.

"Sezar" bəyan edib ki, hazırda legion USQ-nin tərkibində döyüşür və onun başlıca vəzifəsi Ukraynanın müdafiəsi və ərazilərinin azad edilməsidir. Ukraynanın qələbəsindən sonra döyüşçülər "öz evlərini azad etməyi" planlaşdırır.

"Sezar"ın sözlərinə görə,  bu yaxınlarda Belqorod vilayətinə edilən reyd USQ-nin əkshücumuna dəstək verməyə, habelə legiona cəlbetmə kampaniyasına kömək etməyə yönəlib. Könüllülər bölməsinin uğurları daha çox rusiyalını Putin rejimini devirməyə sövq edəcək, - komandir qeyd edib.

"Rusiyalılar bizim nümayəndələrimizlə əlaqə saxlaya, tərcümeyi-hallarının ciddi yoxlanışından keçə, seçmə prosesinə cəlb edilə və zəruri hazırlıqdan sonra legion sıralarına qoşula bilər", - "Sezar" deyib.

O, deyib ki, rusiyalılar Ukrayna ərazisinə neytral sərhəd zonasından daxil olur. Oradan fasiləsiz olaraq yeni adamlar gəlir və onların axını daim artır.

"Getdikcə daha çox rusiyalı anlayır ki, bu müharibə cinayətkar müharibədir və onu dayandırmaq lazımdır", - qəzetin həmsöhbəti deyib və qeyd edib ki, Rusiya xalqının əksəriyyəti diplomatiyanı qəbul etmir, yalnız gücə hörmət edir.

"Bu gücü onlara göstərmək lazımdır ki, "qılınc qaldıranların ondan yıxıla biləcəyini" anlasınlar", - "Sezar" vurğulayıb.

O, deyib ki, özü Rusiya ərazisində axtarışdadır, lakin ailəsi Ukraynada təhlükəsiz yerdədir. Özü haqqında deyib ki, Soçidə böyüyüb, sonra Sankt-Peterburqa köçüb, orada 
20 il ərzində fitnes üzrə məşqçi işləyib. Bundan başqa, bir çox sağtəmayüllü qrupların üzvü olub, onların arasında "Rus imperiya hərəkatı" və "Xalq könüllü dəstəsi" var.

"Mən uzun müddət Rusiyanın xüsusi xidmət orqanlarının hədəfində olmuşam. Məni dəfələrlə həbs ediblər, lakin bir dəfə də cəza çəkməmişəm", - o, əlavə edib və güman edib ki, indi Rusiyada buna təəssüf edirlər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI