"Paşinyan xəyanətkar deyil" - PUTİN

18 noyabr, 2020 00:30

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana qarşı xəyanət ittihamlarının əsası olmadığını bildirib.

Azsiyasət.com xəbər verir ki, o bu barədə "Rossiya 24" kanalının efirində bəyan edib.

"Ona (Paşinyana-red.) qarşı hansısa xəyanət haqqında ittihamların əsası yoxdur", - deyə V.Putin qeyd edib.

Rusiya Prezidenti məlum bəyanatdan sonra Yerevanda baş verənlərlə bağlı bildirib ki, Ermənistandakı güc strukturları cəmiyyəti içəridən parçalamaq imkanında deyillər.

Putinin sözlərinə görə, müharibə edən və ya yenidən başlaya biləcək döyüş əməliyyatları təhlükəsi ilə üzləşən ölkə özünü belə aparmamalıdır. O cümlədən cəmiyyəti içəridən parçalamaq üçün hakimiyyətin təşkili sahəsində də. Onun fikrincə,  bu, qəbuledilməz, əks təsirli və son dərəcə təhlükəlidir.

Ermənistandakı daxili siyasi vəziyyətə, hakimiyyətə qarşı mitinq və istefa tələblərinə, eyni zamanda müxalifət liderlərinin həbsinə gəlincə, Putin bildirib ki, bu, onların işi deyil: “Ermənistanın daxili siyasətində nə baş verir, bizim işimiz deyil. Bu müstəqil, suveren ölkədir, nəyi lazım bilirsə, daxili siyasətdə onu da etmək haqqına sahibdir”.

V.Putin onu da vurğulayıb ki, Qarabağ ətrafında baş verən situasiyada Rusiyanın öhdəliklərini yerinə yetirməsinə görə Ermənistan rəhbərliyi dəfələrlə ona təşəkkür edib: “Rusiya çoxtərəfli və ikitərəfli çərçivədə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqda öz öhdəliklərini tam şəkildə yerinə yetirib. Buna görə Ermənistan rəhbərliyi, baş nazir Paşinyan dəfələrlə Rusiyaya təşəkkür edib”.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"