Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri “heç də hər şey bitməyib” deyir - "Azərbaycan Zəngəzuru alacaq"

23 noyabr, 2020 11:52

“Mən Nikol Paşinyanın Ermənistanın baş naziri postunu tutduğu ilk gündən istefasını tələb etmişəm. Bütün bu müddət ərzində danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə fasiləsiz olaraq məlumat vermişəm".

Azsiyasət.com xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və Ermənistan prezidentinin Qarabağ nizamlanması üzrə sabiq xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində deyib.

"Hansı daxili dəyişikliklərin baş verdiyini söyləyirdim. Güc strukturlarının məqsədyönlü şəkildə necə dağıdıldığını izah etməyə çalışırdım-özü də söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən getmir. Söhbət həm hüquq-mühafizə orqanlarından, həm də ordudan gedirdi. Dövlət mexanizmində baş verən qanunazidd proseslərdən danışırdım.

Qarabağa gəlincə, Paşinyanın, hətta Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamlama layihəsinə belə nail ola bilməyəcəyi artıq o zaman aydın idi. Yeri gəlmişkən, 1997-ci ildə təklif edilən məlum başıbəlalı mərhələli plan layihəsini reallaşdırmaq mümkün olmadı", - deyə o bildirib.

“Bundan sonra xəbərdarlıq etdim ki, Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparır ki, Azərbaycan müharibəyə başlamaq üçün getdikcə daha çox bəhanə əldə edir. Əslində sonda elə onun da şahidi olduq”, - deyə D.Şahnazaryan vurğulayıb.

D.Şahnazaryan əlavə edib: “Başımıza gələnlər, 1915-ci il soyqırımından sonra xalqımızın tarixində baş verən ən faciəli hadisədir”.

David Şahnazaryan müharibədəki səhvlərdən, ön xətlə bağlı yalan məlumatlar verilməsindən, orduya, o cümlədən generallara siyasi təzyiqlərdən, döyüşlərə  siyasi naşıların rəhbərlik etməsindən, vaxtında zəruri addımların atılmamasından, texnika baxımından rəqibdən zəif olmalarından və bütün bunların sonda biabırçı məğlubiyyətə gətirdiyindən danışaraq bildirib ki, Yerevanda çox böyük etiraz aksiyalarının olacağını gözləyirmiş.  

"Mən düşünürdüm ki, Yerevan qaynayacaq. Amma yox. Bu baş vermədi... bu günlərdə tanışlarım məndən xahiş etdilər ki, nəticədə həqiqətən nə baş verdiyini aydın və ətraflı şəkildə izah edim. Dedim ki, artıq Şuşada muğam səslənir. Daha nə izah?

Bu, həqiqətən, biabırçı kapitulyasiyadır, amma ən dəhşətlisi odur ki, Paşinyan və komandası hətta indi də hakimiyyətdən əl çəkmək istəmirlər. Sükanı əllərində saxlamağa çalışırlar. Siyasi təqiblər ara vermir. Bizim cəmiyyətə elə gəlir ki, bununla müharibə qurtarıb. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram, onlara əhsən. Amma müharibə üçün əsl mövzu-Sünik (Zəngəzur – red.) hələ də qalır", - deyə o vurğulayıb.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"