“Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov

26 noyabr, 2020 16:01

"Fransa Senatı Fransa hökumətini qondarma “DQR”in müstəqilliyini tanımağa səsləyərkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini pozmağa cəhd göstərib".

Azsiyasət.com xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bu sözləri “Vestnik Kavkaza” nəşrinə müsahibəsində söyləyib.

“Mən ABŞ-dan gözləmədiyim kimi, Fransadan da Rusiyanın tərəfləri normal nizamlanma yoluna çıxarmasına görə təəssüf hissi keçirməsindən başqa heç nə gözləmirdim. Vəziyyətin sülhə doğru getdiyini, tərəflərin razılığa gəlməsini görüncə, Paris bu prosesi pozmağa, hansısa gərginlik yaratmağa yenidən cəhd edir”, - deyə siyasətçi qeyd edib.

Rusiyalı deputatın fikrincə, buna bənzər hərəkətlər indiki mərhələdə tamamilə qeyri-konstruktivdir və Minsk qrupu həmsədrinin birtərəfli müdaxiləsi, sadəcə olaraq, yolverilməzdir.

L.Kalaşnikov deyib:

“Bu qətnamənin Cənubi Qafqazda heç kəsə faydası olmayacaq. Bu addım yalnız Rusiyanın bu regionda səylərini hər hansı yolla pozmağa yönəlib. Reallıqda bu, Rusiyanın mövqeyinə heç cür təsir etməyəcək, lakin hər halda xoşagəlməz təəssürat qalacaq. Fransa Senatının qərarı ən azından hazırda Rusiya Federasiyasını Cənubi Qafqaza sülh gətirməkdə təqsirləndirən radikalları ruhlandıracaq. Qətnamənin məqsədlərindın biri budur”.

Deputatın proqnozlarına görə, çox güman ki, Fransa hökuməti Senatın təxribatını dəstəkləməyəcək. “Fikrimcə, Fransa hökuməti özünü daha məsuliyyətli aparır və başa düşür ki, təəssüf hissini ifadə etməkdən başqa məsələlər də mövcuddur, münaqişəni əməli surətdə nizamlamaq lazımdır. Siyasətdə təəssüflər üçün yer yoxdur”, - deyə Dövlət Dumasının komitəsinin sədri sonda vurğulayıb. 

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"